AvtoVaz «Lada Priora»nın istehsalını dayandırır

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, cari ilin iyul ayında AvtoVaz «Lada Priora» avtomobilərinin istehsalını dayandırmaq qərarına gəlib. İstehsalçının öz dilerləri arasında yaydığı məktuba istinadla, bu barədə «Vedomosti» qəzeti xəbər verib.

Bundan başqa, AvtoVaz «Granta» və «Kalina» modelərinin istehsalını da dayandırır və «X-stile»versiyalı avtomobillərin istehsalına başlayır.

Mənəvi baxımdan aşınmış «Priora» modelinin istehsalının dayandırılacağı barədə söz-söhbət artıq bir neçə ildir ki, yayılıb. Onun istehsalına 2007-ci ildə başlanıb və bir vaxtlar bütün «Lada»lar arasında ən çox satılan olub.

Xəbər verilir ki, yay aylarından baylanaraq, «Lada Vesta Cross» sedan modelinin satışına başlanacaq. Bu avtomobilərin komplektləşdirilməsinə görə, ən ucuzu 763,9 min rubla təklif olunacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar