Milli Məclisdə qanun layihəsinə etiraz - "Sadəcə, tərcümə edilib, bura yazılıb…"

Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputatlar yeni hazırlanan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsindəki “ağlabatan” ifadə ilə bağlı narazılıq ediblər.

“Report”un xəbərinə görə, deputat Rafiq Məmmədhəsənov deyib ki, bu sözü digəri ilə əvəz etmək lazımdır: “Ağlabatan, ağlabatmayan… Bu, nə deməkdir, bunun qanuna nə dəxli var? Sadəcə, tərcümə edilib, bura yazılıb… Bu, düzgün deyil”.

Deputat Aytən Mustafayeva da bu ifadəyə etirazını bildirib: “Biz başa düşmürüksə, əlillər, sadə insanlar onu necə başa düşsünlər? Biz qanunları onlar üçün yazırıqsa, qəbul ediriksə, o zaman elə yazmalıyıq ki, hamı başa düşə bilsin. Amma bunun əksini görürük”.

Komitə sədri Hadi Rəcəbli deyib ki, bu məsələ zamanla həllini tapacaq: “Bu gün leksikonumuza daxil olan elə sözlər var ki, onları başqa cür ifadə etməyə çətinlik çəkirik. “Tormoz” sözünü “Əyləc” sözü ilə necə əvəz etdiksə, zamanla bunları da dəyişəcəyik”.

635x100

Şərhlər

Lədalətə 2018-05-22 17:21:26

Niyə özünü incidirsən.Nazirlər Kabineti pensiyaşılar evi,Milli Məclis ondan betər.Millət bunlardan doyub,bunlar isə doymurlar.Adam nə qədər Məclisdə oturub darmayedlik edər?Utanmaq yox,sıxılmaq yox! İşlədikləri iş də yox.Aldıqları maaşlara bax və sadə insanların maaşları ilə müqayisə et.Hələ bir nəzərə alın ki, bunlar maaşdan əlavə yüksək pensiya da alırlar. Hələ əlavə biznesləri,monopoliyaları da var.Onlar heç sadə millətin halını başa düşə bilərlərmi?Misal: Ziyad Səmədzadə,Hadı Rəcəbov,Madar və sairə

t.ədalət 2018-05-22 17:21:26

İndiyədək vecsiz hərəkətləri ilə hamını bezikdirən Hadi Rəcəblinin fikri nadan birisinin ağıllılara dərs keçməsinə bənzəyir."Ağılabatan" sözünü millətə sırıyan H.Rəcəbli,görəsən, nəyin marağındadır?Bu milləti nə vaxtadək belə rəzalətlərə düçar edəcəklər?Yerinə düşməsə də,deputatın "ağılabatan" sözündən yapışıb qalması, yadıma Mirzə Cəlilin "Zırrama" felyetonunu saldı.Doğrudan da,nadanlıq olan yerdə fikri durultmaq olmur..

Son yazılar