Milli Məclisin sonuncu plenar iclasının gündəliyi müəyyənləşib

Dərc olunub: 22/05/2018 - 17:25

milli-meclis-6Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclasının gündəliyi müəyyənləşib.

APA-nın xəbərinə görə, gündəliyə 20 məsələ daxil edilib. Bunlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihələri, Torpaq Məcəlləsinə dəyişiklik və digər məsələlərdir.

Qeyd edək ki, sonuncu iclas mayın 31-də keçiriləcək. İyunun 12-də isə bir qrup deputatın müraciəti əsasında növbədənkənar sessiya çağırılıb.


loading...




Fikrinizi bildirin