I və IV qrup üzrə 3 nəfər 700 bal toplayıb

“Mayın 20-də keçirilən qəbul imtahanlarının nəticələri keçənilki nəticələrlə, demək olar ki, eynidir. Təbii ki, bu yalnız yaz imtahanının nəticələridir. Abituriyentlər yay imtahanlarında da iştirak edəcəklər. Gözləyirik ki, həmin imtahanlarda nəticələr artacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədri qeyd edib ki, I qrup üzrə 27 478 nəfər imtahan verib: “Həmin qrup üzrə 2 nəfər maksimal bal -700 bal toplayıb. IV ixtisas qrupu üzrə isə cəmi 1 nəfər 700 bal toplaya bilib. Biz onları təbrik edirik. İstədikləri balı toplaya bilməyən abituriyentlərə tövsiyə edərdim ki, yaxşı hazırlaşaraq yay imtahanlarında iştirak etsinlər”.

M.Abbaszadə xatırladıb ki, yay imtahanından əvvəl, iyunun 10-da bir sınaq imtahanı da olacaq: “Yaz imtahanının nəticəsini hər bir şəxs özü analiz etməlidir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar