ƏDL Paraqvayı qınadı - Səfirliyini Qüdsə köçürdüyünə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ərəb Dövlətləri Liqasının (ƏDL) baş katibi Əhməd Geyt, səfirliyini Təl-Əvivdən Qüdsə köçürdüyünə görə, Paraqvayı qınayıb və bildirib ki, bu addım ərəb dünyası ilə Paraqvayın münasibətlərinə zərbə vuracaq.

«Uyğun hərəkətlər bu ölkənin ərəb dünyası ilə münasibətlərinə neqativ təsir göstərə bilər» - deyə, ƏDL-nın başçısı bəyan edib.

Bundan əvvəl ƏDL bəyan etmişdi ki, ABŞ-ın və digərlərinin Qüdsü İsrail paytaxtı kimi tanımasına qarşı durmaq üçün plan hazırlamaq fikrindədir. Xüsusilə də gələcəkdə belə halların qarşısının alınması məqsədilə siyasi, hüquqi və iqtisadi tədbirlər planı hazırlanır.

Bu addımı ilə Paraqvay, ABŞ və Qvatemaladan sonra Qüdsü İsrail paytaxtı kimi tanıyan üçüncü dövlət oldu. Digər dövlətlərin səfirlikləri isə Qüdsün statusunun həll olunmaması səbəbilə, hələlik Təl-Əvivdə və onun ətrafında fəaliyyət göstərir. Belə ki, Fələstin Qüdsün şərq rayonlarına və tarixi mərkəzinə iddialıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar