Türkmənistanda zibilliklərə xüsusi nəzarətçilər qoyulub! - Rəsmi qəzetləri "təyinatından kənar" istifadə edənlər cəzalandırılır

Türkmənistanda dövlət qəzetlərinin məcburən abunə yazdırılması ciddi problemlərə yol açıb. «Альтернативные новости Туркменистана» saytı yazır ki, xüsusilə ölkənin qərb hissəsindəki vilayətlərdə ölkə başçısı Qurbanqulu Berdıməhəmmədovun böyük şəkilləri yer alan bu qəzetlərin heç də təyinatı üzrə işlədilməməsi halları çoxalıb.

Vəziyyət o yerə çatıb ki, artıq insanlar tualet kağızından imtina etməyə başlayıblar. Saytın fikrincə, buna səbəb əhalinin sosial durumunun ağır olması və insanların onsuz da məcburən aldıqları qəzeti qoyub, tualet kağızına və məişətdə işlədilən digər kağız məmulatlarına pul vermək istəməməsidir. Lakin bu "ideya" hökumətin xoşuna gəlməyib və sözügedən regionlarda prezidenti təhqir edənlərin "ovuna" başlanılıb. Artıq bütün böyük zibil anbarlarına xüsusi nəzarətçilər qoyulub. Onlar ölkə başçısının şəkli olan və yararsız hala salınan, əzilən və s. qəzet nüsxələrini nömrələr üzrə kimin adına abunə yazıldığını müəyyən etməyə başlayıblar. Bu yolla günahkarları taparaq, cəzalandırmaq mümkün olur.

Bildirilir ki, ilk olaraq, belə vətəndaşlara xəbərdarlıq edilir, ikinci dəfə təkrar olunduqda isə işdən qovulurlar. Ölkənin Daşoğuz adlanan rayonunda isə bir məktəb direktoru məktəbin ayaqyolunda belə qəzetlərə rast gəlindiyi üçün işdən azad edilib.

Bu məsələdə artıq elə "həddini aşanlar" var ki, hətta həbs də olunublar. Nəşr bildirir ki, onların arasında 3 ildən 5 ilədək iş alanlar belə var. Məktəblilər bu cür "dəcəlliklərilə" xüsusi seçilirlər. Məsələn, yuxarıda adı çəkilən rayonun 45 nömrəli məktəbinin şagirdləri Türkmənbaşının portretini yerə atmış və taptalamışlar. Nəticədə 10-a yaxın şagirdin polis şöbəsinə aparıldığı və onların bir neçəsinin həbs olunduğu da iddia edilir.

"AzPolitika"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar