Prezidentdən Qida Təhlükəsizliyi Agentliyi ilə bağlı yeni sərəncam

Dərc olunub: 22/05/2018 - 19:40

f909fcd5a5be2aef492acd618a8080c2Prezident İlham Əliyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, ölkə başçısı Qida Təhlükəsizliyi Agentliyinin maddi-texniki bazasını gücləndirmək məqsədilə sərəncamın 1, 2, 3 və 4 nömrəli əlavələrində sadalanan laboratoriyalar, avadanlıq, inzibati binalar, maddi-texniki baza, digər əmlak və bir sıra ştat vahidləri, müvafiq olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyindən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən və ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra – Agentlik) balansına veriləcək.

Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində “bir pəncərə” prinsipinə əməl edilməklə ölkəyə idxal olunan qida məhsullarının təhlükəsizlik baxımından yoxlanılması zamanı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə qarşılıqlı fəaliyyətini tənzimləyən normativ hüquqi aktın hazırlanaraq təsdiq olunmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan əmlakın Agentliyin balansına verilməsini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə təmin edəcək.


loading...




Fikrinizi bildirin