“Microsoft” süni intellekt sahəsilə məşğul olan “Semantic Machines” şirkətini satın alıb

“Microsoft” korporasiyası süni intellekt sahəsində həllərlə məşğul olan “Semantic Machines” şirkətini satın alıb.

Azərtac xəbər verir ki, bu barədə “Microsoft”un bloqunda məlumat verilib. Sövdələşmənin məbləği açıqlanmayıb. Məlumata görə, “Semantic Machines” şirkətinin süni intellekt sahəsində həlləri “Cortana” adlı səsli köməkçi, həmçinin “Azure Bot” və “Xiaolce” xidmətlərinin inkişafında istifadə ediləcək. Bundan başqa, “Microsoft”un nümayəndəsi korporasiyanın Berklidə süni intellekt sahəsində tədqiqatlar üçün mərkəz yaratmaq niyyətində olduğunu bildirir.

Qeyd edək ki, “Semantic Machines” şirkəti 2014-cü ildə təsis edilib. Bu şirkətdə yaradılmış texnologiyalar çatbot və səsli köməkçilərə istifadəçi ilə daha təbii ünsiyyət qurmağa imkan verir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar