«Əgər Kim Çen Inla görüş pozularsa...» - Donald Tramp

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp əmindir ki, əgər hansısa bir səbəbdən Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla gözlənilən görüş iyun ayında baş tutmasa, o zaman başqa vaxtda keçirilə bilər.

«Əgər, görüş baş tutmasa, o, sonra da keçirilə bilər. Ola bilsin ki, görüş iyunun 12-də baş tutmasın» - deyə, Tramp Cənubi Koreyanın prezidenti Mun Çjo İnlə çərşənbə axşamı Ağ Evdə keçirdiyi görüş zamanı bildirib.

ABŞ Prezidenti bundan əvvəl xəbər vermişdi ki, onun Kim Çen Inla Koreya yarımadasının tam denuklerizasiyası barədə danışıqların aparılacağı görüşü iyunun 12-də Sinqapurda keçiriləcək. Bununla belə, mayın 16-da KXDR xarici işlər nazirinin birinci müavini Kim Qe Qvan bəyan edib ki, əgər Vaşinqton Koreya yarımadasının birtərəfli denuklerizasiyasını tələb edərsə, Pxenyan ABŞ-la sammitdə iştirak etməyə razılıq verə bilməz.

Bundan bir gün əvvəl KXDR hakimiyyəti ABŞ-Cənubi Koreya birgə hərbi-hava təlimlərinin başlanması səbəbilə, Seulla yüksək səviyyəli danışıqların dayadırıldığını elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar