ABŞ 5 İran vətəndaşını sanksiya siyahısına daxil edib

ABŞ Maliyyə Nazirliyi 5 İran vətəndaşını sanksiya siyahısına daxil edib. Müvafiq məlumat qurumun saytında dərc edilib.

Məlumata görə, həmin şəxslər İran İslam İnqilabının Keşikçiləri Korpusuna (İİİKK) göstərdiyi dəstəyə görə sanksiya siyahısına daxil edilib.

“Bu şəxslərin əməlləri Yəməndəki üsyançı husilərə Səudiyyə Ərəbistanın şəhərlərinə və neft infrastrukturuna raket zərbələri endirməyə imkan yaradıb. Onlar həmçinin Yəmənə humanitar yardım göstərilməsi səylərini boşa çıxarıblar və regionun əhəmiyyətli su yollarında naviqasiya azadlığına ciddi təhlükə yaradıblar”, - deyə məlumatda qeyd edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar