"Səbail" klubu baş məşqçi S.Əliyevlə yollarını ayırıb

Bu gün "Səbail" klubunun rəhbərliyi və baş məşqçi Samir Əliyev arasında görüş keçirilib.

Klubun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə "Səbail"in Topaz Premyer Liqasının geridə qalan mövsümündə çıxışı barədə ətraflı müzakirələr aparılıb.

Qarşılıqlı razılıq əsasında S.Əliyevin "Səbail"in baş məşqçisi kimi müqaviləsinə xitam verilməsi barədə qərar qəbul edilib.

Samir Əliyev "Səbail"ə cari mövsüm ərəfəsində baş məşqçi təyin olunub. Premyer Liqanın debütantı gənc mütəxəssisin rəhbərliyi altında 23 xalla 7-ci yeri tutub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar