Bakı Ermənistana “Tor” kompleksi idxal edilməsi ilə bağlı susur

Ermənistan KİV-in Ermənistana Tor-M2 zenit-raket komplekslərinin idxalı haqqında məlumat yaymasından iki gün sonra rəsmi Bakı hələ də buna şərh verməyib.

Qeyd edək ki, Moskva bu komplekslərin bir neçə ay sonra göndərilməsini haqda iddiaları təkzib etməyib.

Rusiyadan 200 mln. dollar ölçüsündə ilk hərbi kreditdən sonra Yerevan 100 mln. dollarlıq ikinci kredit də alıb.

Görünür, "Tor M2" komplekslərinin alınması bu kreditlər çərçivəsində həyata keçiriləcək. Bu kompleks 10 metrdən 10 kilometrə qədər yüksəklikdə və 15 km-ə qədər məsafədə eyni zamanda dörd hədəfə atəş aça bilir. Kompleks hərəkət zamanı atəş aça bilir və 16 ədəd idarə olunan raketə malikdir.

"Tor"un əsas vəzifəsi döyüş əməliyyatları zamanı quru qoşunlarının bölmələrini qorumaqdır. O, helikopterləri, təyyarələri, qanadlı və taktiki raketləri, aviasiya bombalarını vura bilər.

Ermənistan tərəfin iddiasına görə, "Tor-M2"nin mövcudluğu döyüş əməliyyatları bərpa olunduğu təqdirdə Azərbaycan tərəfin hücum aviasiyası tətbiq etmək imkanlarını həddindən artıq məhdudlaşıracaq.

Əlavə edək ki, daha əvvəl Ermənistan Rusiyadan "İqla-S" və "Verba" adlı zenit kompleksləri alıb. Bu, 2016-cı il aprel müharibəsi zamanı özünü çox yaxşı göstərən döyüş dronlarının zərərsizləşdirilməsinə yönəlib.

Maraqlıdır ki, Ermənistana "Tor" komplekslərinin idxalı haqqında məlumat İlham Əliyevin Naxçıvanda Ermənistandakı istənilən hədəfi məhv etməyə qadir raketlərin olduğunu bəyan etməsindən sonra yayılıb.

(Turan)

635x100

Şərhlər

azmin 2018-05-23 00:27:48

Bunlar ev xoruzu, çöl fərələridirlər.Desələr ki,filənkəsi şərləyib tutmaq lazımdır,onda dönürlər şirə-pələngə.

Son yazılar