Mirfeyzulla Seyidov azadlığa buraxılıb

Mayın 9-da həbs edilən AXCP Nəzarət-Təftiş Komissiyasının üzvü Mirfeyzulla Seyidov azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, mayın 22-də axşam saatlarında Nərimanov rayon məhkəməsində Mirfeyzulla Seyidovun ev dustaqlığına buraxılması barədə vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs-qətimkan tədbirini dəyişib. Mirfeyzulla Seyidov hazırda öz evindədir. Bu barədə onun vəkil Cavad Cavadov məlumat verib.

Qeyd edək ki, Mirfeyzulla Seyidov barəsində mayın 10-da Nərimanov Rayon Məhkəməsi 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi. AXCP üzvü Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

635x100

Şərhlər

MIRI 2018-05-22 23:42:52

MEHKEME BAZARDI KIM COX VERDI

Bashirov Qarib 2018-05-22 23:42:52

Bu nədir alə,bizim məhkəmələr həsənsoxdu dəyirmanına oxşayır. Bu nə maddədir yapışdırmısınız seyid nəslinin numayəndəsinə,halonki, bu nə qərardı, 234.4.3 maddəsilə adamı aç-burax edirsiniz.Əgər bu ətdirsə, onda pişik hanı, yox əgər bu pişikdirsə, bəs onda ət hanı Bunu humanizmdir ,nədir onunla əlaqələndirməyin.Bunun bir adı var,o da biqəlumuni əndirəbani.

Son yazılar