OPEK iyunda neft hasilatının həcmini artıra bilər

OPEK-in iyunda keçiriləcək iclasında neft hasilatı həcminin artırılmasına dair qərar qəbul edilə bilər.

APA-nın xəbərinə görə, bu barədə “Röyters” OPEK-dəki mənbələrinə istinadən məlumat yayıb.

“Bütün variantlar nəzərdən keçirilir”, - deyə Fars körfəzi ölkələrindən birindəki mənbə agentliyə bildirərək, hasilatın artırılmasına dair qərarın OPEK-in iyun sammitində veriləcəyini bildirib. Mənbə hasilatın həcminin nə qədər artırılacağı ilə bağlı hələlik konkret məlumatın olmadığını bildirib.

Mənbə əlavə edib ki, neft hasilatı həcminin artırılması məsələsi bu həftə Sankt Peterburqda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ müvafiq nazirləri tərəfindən müzakirə ediləcək.

Qeyd edək ki, OPEK sammiti 22-23 iyun tarixlərində Vyanada keçiriləcək.

OPEK-ə üzv olan və olmayan ölkələr (OPEK+) 2016-cı ilin sonunda Vyanada gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan sövdələşmənin müddəti iki dəfə artırılıb. Sonuncu dəfə razılaşmanın müddəti 2018-ci ilin sonunadək uzadılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar