"Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil" - Deputat

“Azərbaycanda ailə insititunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O qeyd edib ki, cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında formalaşmasına çalışmalıdır: "Vətəndaş nikahı fəsadlara gətirib çıxarır. Bunun səbəbi qanunvericiliyə əməl olunmamasıdır. Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil. Cəmiyyətdə sağlam təməl üzərində formalaşan ailələrin sayı azalmaqdadır. Konfliktli ailələrdəki uşaqlar zəif olurlar. Ailələrin dağılmasında artım müşahidə olunur. Bunun səbəbləri araşdırmalıdır”.

635x100

Şərhlər

t.ədalət 2018-05-23 11:19:00

Milli kökdən uzaqlaşanlar dini kəbindən yayınırlar.Hətta,xristianlar belə ailə qurarkən kilsədən xeyir-dua alırlar.Vətəndaş nigahı fahişəliyin əsasını təşkil edir.Belə nigahlardan doğulan uşaqların çoxu qardaş-bacı qohumluğunu bilmədiklərinə görə onlar arasında evlənmə faktı da ola bilər.Belə nigah tərəfdarlarına lənət olsun!Məgər,dini kəbinləri dövlət qeydiyyatı ilə paralelləşdirmək çətindir?

Son yazılar