Britaniyada "Google"a qarşı kollektiv iddia qaldırılıb

Böyük Britaniyada "Google" şirkətinə qarşı kollektiv iddia qaldırılıb.

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

İddiaçılar hesab edirlər ki, "Google" "iPhone" istifadə edən 4,4 mln. insan barədə şəxsi məlumatlat toplayıb. Onlar buna görə şirkətdən 4,3 mlrd. ABŞ dolları təzminat tələb edirlər.

Xatırladaq ki, 2011-ci ilin avqustundan 2012-ci ilin fevralına qədər "Google" "iPhon"un öz brauzeri olan "Safari"nin təhlükəsizlik sazlamalarından yayınaraq, istifadəçilərin məlumatlarını yığıb və bunu reklamın yayılması üçün istifadə edib. Bununla belə, şirkət bununla bağlı məsuliyyət daşıdığını qəbul etmir. "Google"un nümayəndəsi bildirib ki, heç kim şirkətin 3-cü təfərə məlumat ötürdüyünü iddia edə bilməz.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar