"Ailələrin dağılmasına "Facebook" səbəb olur" - Hadı Rəcəbli

hadirecebli25364“Azərbaycanda bu gün nikahların pozulmasına çox vaxt "Facebook", sms-lər və sair səbəb olur”.

APA-nın məlumatına görə, bunu Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.

O bunu acınacaqlı hal adlandırıb.

Komitə sədri onu da qeyd edib ki, ölkədə çoxuşaqlılıq da azalıb: “Əgər əvvəl orta hesabla ailədə 5 uşaq doğulurdusa, indi iki uşaq doğulur”.

H. Rəcəbli ölkədə aliment fondunun yaradılmasının əleyhinə çıxıb: “Biz buna getsək, fəsadları ola bilər. Ona görə də başqa variant düşünməliyik”.

635x100

Şərhlər

t.ədalət 2018-05-23 11:51:37

Sağlam ailə tərbiyəsinə malik olanlara facebookun nə təsiri ola bilər?Facebook tərbiyəsizlər üçün bir bəhanə metodudur.

Akif 2018-05-23 11:51:37

Hadı Rəcəbli həddindən artıq dar düşüncəli insandır.Əvvəla,hamıya bəllidir ki,ailələrin dağılmasına ən başlıca səbəb işsizlik və bunun ucbatından maddi təminatın olmamasıdır.Digər tərəfdən bu "ştatlı" deputata anlatmaq lazımdır ki,SSRİ dövründə işsizlik və digər sosial problemlər olmadığından ailələr nəinki 5,hətta daha çox uşaq denyaya gətirirdilər.Çünki,onlar uşaqların böyüməsində dövlət qayğısı görürdülər və heç bir digər sosial problemləri olmurdu.Ayıb olsun dar düşüncəli belə məmura!

oxucu 2018-05-23 11:51:37

buzavallı qocanın ağzın açdırmayında axı avropa baxır. düşmənlərimiz üstümüzə gülür. biraz qabağa gedib deyəcək facebook ailələrdə cütləşməyə mane olur :)))) day demiyəcək bizim kimi duptatı olan millətin ailəsi də dağılar evi də yıxılar nəsli də kəsilər.

Son yazılar