“MİN MANAT RÜŞVƏT VERİB, SÜRÜCÜLÜK VƏSİQƏSİ ALDIQ” – Baş redaktordan generala ŞOK ittihamlar

"Respublika DYP İdarəsində bu cür hədsiz rüşvət bumu yaşanırsa, vətəndaşlardan aşikar rüşvət alınırsa..."

BDYPI

Mətbuat Şurası İdarə Heyətinin keçmiş üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbas Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəhbərliyinə qarşı sərt ittihamlar irəli sürüb.

"AzPolitika.info"nun məlumatına görə, baş redaktor "Facebook"da paylaşdığı "Respublika Dövlət Yol Polisinin inzibati binasında açıq rüşvət yığılır" adlı yazısında rəhbəri olduğu qəzetin adı çəkilməyən əməkdaşından BDYPİ-də 1000 manat rüşvət alındığını iddia edib.

T.Abbas yazır: "Bu gün əməkdaşımızın sürücülük hüququ almaq məqsədi ilə iştirak edəcəyi imtahan prosesini izləmək üçün Respublika Dövlət Yol Polisinin inzibati binasında yerləşən imtahan mərkəzində oldum. Bu prosesdə iştirak etməyimin əsas məqsədi bir ilə yaxın zaman ərzində əməkdaşımızın bir neçə dəfə imtahan verməsinə baxmayaraq, guya, onun suallara tam doğru, yəni kompüterə yerləşdirilmiş 10 sualdan ən azı 9-na cavab verə bilmədiyini bəhanə gətirərək, onu sürücülük hüququ qazanmaqdan məhrum etmələrinin səbəbini öyrənmək idi. Sürücülük vəsiqəsi almağa çalışan əməkdaşımız bir neçə dəfə peşəkar müəllimlər tərəfindən yoxlanılaraq, bütün sualları doğru cavablandırmasına şahid olduğum üçün il ərzində bir neçə dəfə Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi, general Ramiz Zeynalovun hər həftənin V günlərinə təyin edilmiş qəbuluna yazılıb, yaranmış vəziyyəti ona çatdırmağa çalışsam da, öyrəndim ki, cənab general Ramiz Zeynalov adəti üzrə vətəndaşları özü qəbul etmir və qəbulu üçüncü-dördüncü dərəcəli işçilərinə həvalə edir. Həmin aşağı vəzifəli şəxslərə müraciət etməyin isə, heç bir nəticə vermədiyinin şahidi oldum və səbirli olub, hadisələrin durulmasını gözləməyi qərara adım".

Tapdıq Abbas

Baş redaktor yazır ki, əməkdaşının sürücülük vəsiqəsi əldə etməsinə nail olmaq üçün bütün normal vasitələrdən, o cümlədən Mətbuat Şurasının sədri Əflatun Amaşovun köməyindən də istifadə edib, lakin nəticəsi olmayıb: "Bəli, əməkdaşımızın sürücülük vəsiqəsi əldə etmək üçün mövcud normal vasitələrdən və şəxsi münasibətlərdən istifadə edərək, bütün mərhələləri ardıcıl olaraq keçdim, hətta DYP-nin qəbuluna düşdüyüm məsul şəxslərdən birinin tövsiyyəsi ilə fevralın 21-də Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova bu işə hüquqi yardım göstərməsi üçün müraciət etdim. İnsafən, o da kamalı-ədəblə jurnalistə dəstək verəcəyini bildirdi. Bir neçə gün sonra cənab sədr bildirdi ki, əməkdaşınızın imtahan verəcəyi günü mənə məlumat veriləcək, mən isə sizə deyəcəyəm. Artıq o zamandan nə az-nə çox, düz 3 ay keçməsinə baxmayaraq, cənab sədrə verilən söz də təsdiqini tapmadı və bütün ümidlər tükəndi".

T.Abbas yazır ki, bütün bu cəhdlər nəticə vermədikdən sonra qərara alıblar ki, "dağdan-daşdan düşüb", problemin üstünə sadə yolla getsinlər, yəni RÜŞVƏT VERİB, ŞƏXSİYYƏT VƏSİQƏSİNİ ALSINLAR. Sitat: "Nəhayət, səbr kasamızın dolduğunu və sürücülük vəsiqəsini rüşvətsiz əldə etməyin mümkün olmadığını yəqin etdikdən sonra, əməkdaşımız ölkəmizdə bütün problemlərin çox asan həlli yolu olan əlahəzrət RÜŞVƏTin köməyindən faydalanmaq zorunda qaldı. Bu gün (Mayın 23-də-red.) səhər saat 9-45-də Respublika DYP İdarəsinin ikinci mərtəbəsində iş otağında əyləşən yüksək çinli zabitin (Adını qeyd etməyə ehtiyac duymuram) şəxsən özünə əməkdaşımız tərəfindən 1000 (min) manat pul verildi. Bundan sonra zabit 2 saat ərzində bütün proseslərin başa çatacağını və əməkdaşımızın sürücülük vəsiqəsini bu gün alacağını bildirdi. Bax belə, Azərbaycanda sürücülük vəsiqəsini asan yolla əldə etməyin çox adi hadisə olduğunu və ictimaiyyətdə sürücülük vəsiqəsinin rüşvətlə əldə edilməsi barədə geniş yayılmış rəyin tam doğru olduğunu bir daha təsdiqlədik".

Baş redaktor daha sonra BDYPİ rəisi Ramiz Zeynalovu hədəfə götürür, ona qarşı ittihamlar irəli sürür: "Söhbət açdığım bu eybəcərlik, əlbəttə, çox ağır cinayət hadisəsidir və kimin tərəfindən törədilməsindən asılı olmayaraq, Azərbaycan dövlətinə aşikar şəkildə arxadan vurulan dəhşətli zərbədir. Bu, eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyevə qarşı, onun ölkədə və dünyada həyata keçirdiyi möhtəşəm inkişaf proqramlarının iflasına hesablanmış, vətəndaşların dövlətə etibarının kökündən sarsıdılmasına istiqamətləndirilmiş ağır xəyanətdir və dövləti cinayətdir! General Ramiz Zeynalovun uzun illərdir kreslosunu zəbt etdiyi məsul dövlət vəzifəsini xalqa xidmət vasitəsindən xalqa qarşı cinayət alətinə çevirməsinin əyani təsdiqidir! Əgər cəmiyyətin bütün üzvlərinə gündəlik qanuni normal xidmət etməli olan Respublika DYP İdarəsində bu cür hədsiz rüşvət bumu yaşanırsa, vətəndaşlardan aşikar rüşvət alınırsa, bu hadisə sıradan olan hal kimi qiymətləndirilə bilməz. Jurnalistin biliyini imtahan prosesində normal qiymətləndirmək əvəzinə, kompüterə gizlin müdaxilə etməklə, sürücülük vəsiqəsini onu rüşvət verməyə məcbur etmə yolu ilə vermək bu anlama gəlir ki, biz heç kimdən qorxmuruq, kimdən istəsək, rüşvət ala bilərik, gedin, kimə və hara istəyirsiniz, deyin! Bu cür eybəcər və ləyaqətsiz hərəkət dövlətə və dövlət başçısına qarşı xəyanət və meydan oxumaq deyilmi?! Əgər media əməkdaşına bu cür şərəfsizcəsinə münasibət göstərilirsə, bəs, o zaman sıravi insanlarla necə davranırlar DYP-da, görəsən Allah?!"

T.Abbas yazısının sonunda Ramiz Zeynalovun vəzifəsindən uzaqlaşdırılmasına və onun məsuliyyətə cəlb olunmasına çağırış edir.

BDYPİ, hələ ki, baş redaktorun bu ittihamlarına münasibət bildirməyib.

Rasim ƏLİYEV

AzPolitika.info

635x100

Şərhlər

Cistilshik 2018-05-24 00:07:09

Azeri xalgi her Sheye dozen xalgdi)))) ne rushvet bizde rushvet yoxdu))olsaydi nazirlikler ve nazir bir tedbir gorerdiler)))))) bizde yox rushvet. En azi varsa gorerdik de, restoranlarda, otellerde, rayonlarda))))))))

pensiyaci 2018-05-24 00:07:09

gerunen daga ne beledci

Esebi 2018-05-24 00:07:09

... Oxuyan alır. Mən özüm 2 dəfə kəsildikdən sonra 3cu imtahandan keçdim. ....

eyvaz 2018-05-24 00:07:09

cenab jurnalist neye gore rushvet vermeyi secdiniz mubarize aprmdiniz?

Karrupsioner 2018-05-24 00:07:09

Hardasa asan xidmetde rusvet var dese inanardim DYP hara rusvet hara ag yalandi ser bohtandi

ağsaqqal 2018-05-24 00:07:09

Mənim Tapdıq Abbasın ləyaqətli insan olmasına qətiyyən şübhəm yoxdur !!!

Müfəttiş 2018-05-24 00:07:09

Birincisi 1000 manata vəsiqə beş il bundan əvvəl idi. İkincisi və əsası da budur ki, hər vəsiqənin sayına və növünə görə yuxarıların hesabları 24 saat müddətində yerinə çatmalıdır. Əgər belə deyilsə sürücülüyə qəbul imtahanlarını niyə DİM-ə həvalə etmirlər. Hələlik kimlərəsə belə sərf edir....

mamed 2018-05-24 00:07:09

DYP vacib bir qurumdur: qeyri-rəsmi pul daxil olmanın lideridir,tam sərbəstlik statusuna layiq görülüblər;əziyyət vermirlər,tex/bax-r zamanı elə girişdəcə haqq-hesab edib yola salırlar; sür-lük vəsiqəsi üçün yığılan sənədlər, tibb işçi-nədə evə cörək pulu aparmağa imkan yaradıb;siravi qulluqçu-dan tutmuş yuxarıya kimi AzR-nın say seçmə(boyu 1.8m yuxarı,qaçışda,turnikdə və s.)oğullarıdır. İlişdikdə problemləri özləri həll edirlər.DİN-i prokrorluğun ayağına salmırlar. Yoxsa ki Gürcülərdəki dərəbəylik

Müsadiq 2018-05-24 00:07:09

BDYPİ keçmişdən qalma, heç bir islahat aparıla bilməyən, kimlərinsə toxunulmaz gəlir mənbəyi olaraq qalmaqdadır. Orada yığılan pulların inanmıram ki, heç 10%- i Ramiz müəllimə qala. Yığılan pulların konkret ünvanları var, Ramiz müəllim sadəcə icraçıdır.Bu gün o getsə sabah ondan betəri gələcək.

EWDER 2018-05-24 00:07:09

SIFARIWDI....ESAS I N K I W A F D U...

Mehdi 2018-05-24 00:07:09

Demeli bezi adamlar oxumaq istemir deye 1000 manat vetib suruculuk vesiqesi almalidir ve gunde de 50 dene qezalar toredib gunahsiz adamlari oldurmelidirler?Qailerde kef elemelidirler?

Mirtiz 2018-05-24 00:07:09

Sifarişlə yazilan məqalədir.O redaktor yəqin istəyibki imtahansiz vəsiqə alsin,ona görə belə yazir.

Fedos 2018-05-24 00:07:09

Artiq post yigisdirilib facebookdan. yeqin Tapdiq melime "izah edibler veziyyeti"

Fəhlə 2018-05-24 00:07:09

DYP idarəsi sərbəst qurumdur? Yoxsa onun tabe olduğu nazirlik var? Bəs Nazirlik niyə nəzarət etmir ki, belə hallar illərlə davam edir?

sürücü 2018-05-24 00:07:09

Tapdıq Abbas sanki dünən yuxudan ayılıb.Balam DYP-də sürücülük və saxta imtahan təşkil edib vəsiqəni verəcəklər.siqəsini 50-60 ildir ki,pulla almaq olur.Bunu bilməyən varmı? Bunu polisi də,prokuroru da,sürücüsü də.htta sürücü olmayan da bilir.Orada elə qurğu qurulub ki,sanki saat mexanizmidir.Məktəb zad keçməyə lüzum yoxdur.Sadəcə pulunu ver,oradakılar saxta imtahan keçirib vəsiqəni verəcəklər.30 nəfərdən yalnız 1-2 nəfər özü imtahandan keçə bilir.Qalanları keçirilir. Bu fakt bilməyən varmı?Nə olsun ?

idris 2018-05-24 00:07:09

oxuyan heç vaxt pulla almaz, nədəki Əflatun Amaşovdan kömək istəməz. MƏN və TANIDIĞIM ƏN AZI 6 NƏFƏR İMTAHAN VERDİK PULSUZDA ALDIQ. Əlbəttəki 1ci 2ci imtahandan alamaq biraz çətindi, amma 1cidəndə alan var.Mən 4cü dəfədə aldım

vəkil 2018-05-24 00:07:09

çuruk ipi dartirsan qirilir hara əl vurursan əlinə zibil ğəlir!əlbətddə ypx ində olan özbaşinaliqlar 1 əsir belə olmayacaq kimi soruşursan adam niyə rəhmətə ğedib deyirlər infarktan? onlarin isə obyektlərini otellərini villalarini aftomabillərini hami taniyir bəs onlari necə əldə etmək olar bəyəm bizneslə məşquldurlar ya kitab yazib qanarar ailirlar?bax belə cənab jurnalist tasa duş işin ğetsin...

Aydın 2018-05-24 00:07:09

Mende bir defe 8 suala cavab verdim 10 gün sonra yeniden imtahana girdim sürücülük vesiqesini öz gücüme aldım oxuyana zaval yoxdur.

G.M 2018-05-24 00:07:09

Görəsən Ramiz Zeynalovun da Villaları,milyonlarla ``yeyintisinin`` üstünü kim açıb.O ki,sakit adam idi.Aldığından azmaz çırpışdırardı.Olsun ki,yaşlandıqca nəvisi,tamahı da artıb.

Mayis Kazımov 2018-05-24 00:07:09

iki il bundan qabaq məhəllə əhlinin yazdığı şikayət məktublarına görə Ramiz müəllim məni çağırdırdı.Dedi ki,daha şikayət etməyin,2016-ci ilin sonuna kimi Nobel prospekti ilə D.Səfərov küçəsinin kəsişməsində vaxti ilə olmuş İŞIQFORU bərpa etmək üçün kömək edəcəyəm.Həmin ərazidə 7 nəfər qəzaların qurbanı olub,15 adam də şikəst olub.Generalın vədini gözləyirik.

Habıl 2018-05-24 00:07:09

Tovuz şeherinde qiyməti 50 milyon olan otel yazıq Ramiz müəllimidir. Bakıda şadlıq evləri ve saire. Kasıb adamdır ne istəyirsiz kasıb generaldan?

AAgahuseyn 2018-05-24 00:07:09

Nəqliyat qəzalarının artması rüşvətlə sürücülük vəsiqəsinin verilməsinin əyani sübutudur.YP-əməkdaşlarının coxu qanunu bilmir onlardan və rəhbərlərindən qanuni imtahan ğötürülsə 50-faizi imtahandan kəsilər.Cərmələr qərəzli yazılır nə qədər bunlarla münaqişə olur xeyiri yoxdur.SƏBƏBİNİ hami bilir.

Bayram 2018-05-24 00:07:09

Cənab haqq qazandıranlar razıyam ki parasız da imtahandan keçmək olar. İmtahan elə ondan ötərdir imtahanı verə bilənlər sürücülük vəsiqəsi ala bilsinlər. Lakin əsas məsələ odur ki imtahanı verə bilənməyənlər də 1000 manat verib sürücülük vəsiqəsi ala bilirlər. Niyə 1000 verəndən sonra hər adam vəsiqə ala bilir? Qəzaların da böyük bir hissəsinin baş vermə səbəbi bu deyilmi?

Hasan 2018-05-24 00:07:09

Azerbaycanda bülbüller de, pulsuz oxumurlar! Bu qeder sade....((

t.ədalət 2018-05-24 00:07:09

Ramiz müəllimin də sonu S.Müslümov və digərləri kimi olacaq.

Zaza 2018-05-24 00:07:09

Men imtahanı özüm verib pulsuz parasız vesiqemi aldım. Bu adamlar oxumaq da isdemir hele provada isdiyir. Men tam şeffaflq gördüm...

emin 2018-05-24 00:07:09

bu bos redaktorun maliyyəvə yaradiciliq vəaliyətini yoxlamaq lazimi. ola bilər ki ozunun cox boyuk səhfləri vaar.

Bayram 2018-05-24 00:07:09

Niyə ölçü götürülmür? Rüşvət verəndə, alanda məlum.İdarənin rəisidə məlum. Hələ yeni qanunla DYP əməkdaşlarına yazdıqları protokolların qiymətinin 25%-ni veməkləri nəzərdə tutulur. Cənablar niyə şagirdləri qəbul imtahanlarında çox bal toplayan (məs: 600-700 arası) və maaşı DYP əməkdaşlarından dəfələrlə az olan müəllimlərə aylıq % verilmir? Axı hər şey təhsildən başlayır.

Amon 2018-05-24 00:07:09

Hormetli jurnalist muellim diger hadiseleri deye bilmerem amma 10 sualdan 9 u duz yazanda imtahandan kecirsen pulsuz parasiz buna heckim mudaxile elemir....

İdrisə 2018-05-24 00:07:09

Idris bəy, kim DYP-yə vəsiqə üçün telefon edirsə,deməli orada baş verənləri bilir.DEməli bilir ki, o makinaları oradakılar istədiklərikimi danışdırıb istədikləri nəticəni alırlar.Bəs vicdan məsələsi? Niyə mətbuat belə hallara qarçı susur:Görün DİN-nin DYP idarəsind nə qəər dərəbəylikdir ki, bu işlərə heç prokuror də qarışmır.Sonra inkişafdan dəm vururlar.Bəli ,rüşvət sahəsində hər yerdə inkişaf var.Amma qanun susur.i

Qoqili 2018-05-24 00:07:09

DYP de rusvet olmayib olada bilmez ...

Son yazılar