NAZİR OĞLUNU HƏDƏLƏDİLƏR - "Şərtlərə əməl etsin, yoxsa..."

Tanınmış britaniyalı avtoidman eksperti Co Seyvard öz bloqunda Bakıda “Formula-1” yarışlarının təşkilatçılarına xəbərdarlıq edərək “Liberty Media” (yarışların sahibi) şirkəti ilə müqavilənin şərtlərinə yenidən baxmaq cəhdlərindən əl çəkməyə çağırıb. 

Virtualaz.org xatırladır ki, “Baku City Circuit” (“Bakı Şəhər Həlqəsi”) şirkətinin direktoru, idman və gənclər nazirinin oğlu Azad Rəhimov bir neçə dəfə xarici KİV-lərə Azərbaycanda “Formula-1” yarışlarının keçirilməsinə dair müqavilənin şərtlərinə yenidən baxmaq lazım olduğunu bildirib. Çünki Azərbaycan bu yarışlar üçün başqalarından ikiqat çox ödəyir. Bakıda “Formula-1” yarışlarının keçirilməsi üçün müqavilənin müddəti 2020-ci ildə başa çatır, razılaşmaya görə müqavilənin daha 5 il uzadılması nəzərdə tutulur.

“Məlumdur ki, “Gran Pri Azərbayan” promouterləri “Liberty Media” şirkəti ilə müqaviləyə yenidən baxmaq istəyirlər, maraqlıdır, amma Bakı şəhər yarışlarının gələcəyi üçün çox təhlükəlidir”-Co Seyvard yazıb.

Ekspert xatırladıb ki, Azərbaycanla müqavilə 10 illikdir, amma “Formula-1”in bəzi müqavilələrində olduğu kimi şərtlərin dəyişməsi halında müqavilənin vaxtından əvvəl pozulması mümkündür. Bu opsionu son yarışa iki il qalmış aktivləşdirmək lazımdır, ona görə də müqaviləni 2020-ci ildə pozmaq üçün vaxt artıq keçib.

Ekspert yazır ki, “Formula-1” sahibləri ikili mövqe tutublar. Bakıdakı yarışlar yaxşı gəlir gətirir, amma Azərbaycan hər il cənab Briatora, (“Reno” komandasının keçmiş rəhbəri Flavio Briator) böyük məbləğ ödəyir, hansı ki, o tərəfləri bir-birinə calaşdırıb.

Sitat: Problem bundan ibarətdir ki, “Liberty Media” şirkətində yarışların Azərbaycan kimi ölkədə keçirilməsindən o qədər də məmnun deyillər, amma bu onlara Bakıdan yaxşı pul götürməkdə mane olmur. Bununla belə yaxşı alternativ yaransa “Liberty Media” yarışların keçirilməsi üçün başqa yer seçəcək.

Bakı yarışları Berni Ekklstounun vaxtında yaranıb, amma “Liberty Media” şirkətinin bu yarışlarla bağlı başqa mövqeyi var. Bakıda yəqin belə hesab edirlər ki, Böyük Britaniya Qran-Pri promouterləri kimi hərəkət edə bilərlər, amma belə fikirləşmək ağlasığmazdır. Britaniyalılar da bu yaxınlarda müqavilənin pozulması opsionunu aktivləşdiriblər, amma söhbət tamam ayrı haldan gedir. Silverstoun təqvimin dəyişmək hissəsidir və ona alternativ yoxdur.

Azərbaycan belə görünür ki, yarışlardan məmnundur. Çünki turistlərin sayının 20 faiz artdığı bildirilir və bu artımın davam edəcəyi gözlənilir. Lakin bu bahalı yarışdır və Bakı pulu ödəmək istəmirsə “Formula-1” çıxıb gedəcək. Hansı ki, dəfələrlə belə hallar olub. Bəli, Bakıda maraqlı yarışlar keçirilir, amma bu Monako, Silverstoun və ya Spa deyil. Bu Qran-pri “Formula-1” üçün elə də böyük əhəmiyyət kəsb eləmir. Ona görə də ən yaxşısı budur ki, Azərbaycan indiki şərtlərə əməl etsin və rəhbərliklə oyun oynamağa cəhd eləməsin”.

635x100

Şərhlər

X 2018-05-23 17:29:16

AGASI GULUM OLANIN BASINA KULUM OLAR

Obyektiv 2018-05-23 17:29:16

Bu formuladi, ne zibildi bunlarin bura gelen gunune bir yeke dash dusheydi!!! Evvela, bu qeder budceden gedir ozu de, neche il dalbadal.. Ikincisi de, camaatin bash-beyni gedir ele bil, "Poliqon"du, nedi!.. Ustelik sheherin merkezinde ses-kuy ve kucheler baglanir yol kechmek de mumkun deyil.. Esl gercek problemler qalib bir kenarda, ishin bu yerinde bize "qonshikler"in yarishi lazim idi??! )) Atalar meseli var: "Duzelmishdi her yaragimiz, qalmishdi saqqal daragimiz"!.. ))

ABDULQADIR 2018-05-23 17:29:16

RAMAZAN DUASI-ALLAHIM,SEN BU ÖLKENI VE XALQI ONUN MALINI,MÜLKÜNÜ, SERVETINI VE S.BATIL YOLLARLA CHAPIB TALAYAN BIR SÜRÜ QEDDAR YARAMAZDAN XILAS EYLE VE BUNUN ÜCHÜN BU XALQA ÖZ HAQQINA QOVUSHMAGIN,ÖZ ÖLKESININ SAHIBI OLMAGIN YOLLARINI ÖYRET.AMIN.

Van Gogh 2018-05-23 17:29:16

Bütün bu tədbirlər qumarı xatırladır. Qumara da girdinsə çıxmaq çətin olur. Amma bir var öz qazandığını qumara qoyub öz həyatını məhv edəsən, bir də var büdcə pulları ilə qumar oynayıb xalqın həyatını məhv edəsən. Bunlarda günah axtarmayın, bunlar sadəcə buyruq qullarıdır.

Oqtay 2018-05-23 17:29:16

Rədd olsunlar hələ bnir minnətədə bax Xeyir verirsə ölkə qazanırsa niyə günü gündən dala basırıq.RƏDD OLSUNLAR ONLARDA ONLARI BURA GƏTİRƏNLƏRDƏ

miri 2018-05-23 17:29:16

Azərbaycanda bu "avtoş oyunları"nin nəyə və kimə Lazımda basqa bir lazimliliqi yoxdur.Məmləkətin gəlirlərinin azaldığı bir zamanda bu cür avantüralara yol açmaq millətə xəyanətdir. Öz milli "dağıdıcı"lardan can qurtarmaq yolu axtardığımız bir zamanda,bu transmilli dağıdıcı tədbiri bizə sirayanlara Allah lənət etsin.

Mirzə 2018-05-23 17:29:16

TALANÇI MƏMURLAR O QƏDƏR HARINLAYIBLAR Kİ XALQLA MƏSLƏHƏTLƏŞMƏDƏN MİLYARDLARI SAĞA SOLA SƏPƏLƏYİRLƏR ÖZ PULLARI KİMİ

Son yazılar