Fransa baş nazirinin İsrailə səfəri təxirə salınıb

Fransanın baş naziri Eduard Filippenin İsrailə səfəri təxirə salınıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Fransa hökuməti yayıb.

Səfərin təxirə salınmasına səbəb olaraq hökumətin, o cümlədən baş nazirin qarşıdan gələn günlərdə qrafikinin sıx olması göstərilib. Bura Fransa dəmir yolunda islahat, ictimai təşkilatlarla birgə tədbirlər də daxildir.

Qeyd edək ki, E.Filippenin mayın 31-də İsrailə iki günlük səfər etməsi planlaşdırılırdı. Onun səfəri iyunun 1-də başa çatacaqdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar