"Azərbaycan dövləti NATO Əməkdaşlıq İnstitutu ilə əməkdaşlıq etməlidir"

Ülkər Musazadə: “Avropa İttifaqı, NATO və ABŞ ilə sıx əməkdaşlıq dövlətçiliyimiz üçün önəmlidir!”

“NATO Əməkdaşlıq İnstitutu dövlətimizi Azərbaycanın hüdudlarından kənarda təmsil edən önəmli təşkilatlardan biridir”. Bunu mətbuata açıqlamasında NATO Əməkdaşlıq İnstitunun mətbuat katibi Ülkər Musazadə deyib.

Onun sözlərinə görə, NATO Əməkdaşlıq İnstitutunun çoxşaxəli əməkdaşlıq proqramı dövlətimizin xarici siyasətində geniş perespektivlərə yol açır:

“O üzdən hesab edirəm ki, Azərbaycan dövlət strukturları NATO Əməkdaşlıq İnstitutu ilə əməkdaşlıq etməlidir. Qeyd edim ki, bu gün Azərbaycanın Avropa Parlament Assambleyasında sədrliyi dönəmində NATO Əməkdaşlıq İnstitutu böyük perespektivlər vəd etməklə yanaşı, Azərbaycanın həm Avropa İttifaqında, həm də NATO Hərbi Aliyasnına üzvlüyü ilə bağlı məsələlərdə böyük səy göstərməkdədir. NATO Əməkdaşlıq İnstitutu dövlətin apardığı Avropaya inteqrasiya siyasi kursunu dəstəkləməklə yanaşı, Avropa ölkələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasına da önəm verir. Ona görə də, hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi NATO Əməkdaşlıq İnstitutu ilə sıx əməkdaşlıq etməldir. Çünki hər bir dövlət NATO-ya inteqrasiya yolunda bu cür təşkilatın fəaliyyətindən yararlanmaq istəyər. Misal üçün, bu gün qonşu İran NATO kimi bir təşkilatın həmin dövlətlə bağlı hansı maraqlarının olmasını bilmək üçün NATO Əməkdaşlıq İnstitu kimi bir qurumun Avropada təmsil olunmasını arzu edərdi. Lakin Azərbaycanın Qərb üçün önəmini nəzərə alaraq, bu təşkilatın fəaliyyəti Azərbaycanın apardığı xarici siyasətinə yalnız və yalnız dəstək ola bilər. NATO Əməkdaşlıq İnstitutu rəsmi sürətdə dövlətimizin maraqlarını qorumaqla yanaşı, Avropa ölkələri ilə qurduğu əməkdaşlıq əlaqələrini Azərbaycanın xeyrinə istifadə etmək planını reallaşdırmaqdadır. Bir sözlə qeyd edim ki, Avropaya inteqrasiya yolunda Azərbaycanın apardığı xarici siyasətdə çoxşaxəli əlaqələri olan NATO Əməkdaşlıq İnstitutu kimi bir təşkilatın yardımına ehtiyac duyulur. NATO Əməkdaşlıq İnstitutu Azərbaycan hökumətinə Avropaya və NATO-ya inteqrasiyada yaxından kömək etməyə hazırdır. Avropa İttifaqı, NATO və ABŞ ilə sıx əməkdaşlıq dövlətçiliyimiz üçün önəmlidir!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar