Rusdillilər üçün ən təhlükəli bölgə -  "Bu regionda zorakılığa Rusiya özü nəzarət edir"

ABŞ Dövlət Departamentinin təmsilçisi Xizer Noyert Ukraynanın şərqinin dünyada rusdilli əhali üçün ən təhlükəli bölgə olduğunu bəyan edib. "AzPolitika.info" "RİA Novosti"yə istinadən bildirir ki, ABŞ rəsmisi Ukraynanın Donbass bölgəsində cəbhə xəttinin hər iki tərəfində yaşayan rusdilli əhalinin təhlükə altında yaşamasının səbəbkarı kimi Rusiyanı göstərib. O, Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, regiondakı zorakılığa Rusiya əsas yaradır və nəzarət edir: "Bu həftə Donbassda gərginlik və zorakılıq çox yüksək həddə çatıb. 5 Ukrayna hərbiçisi həlak olub, 23 nəfər yaralanıb. 13 yaşlı oğlan və onun atası Rusiyanın nəzarətində olan ərazidən atılan top mərmisi səbəbilə həyatını itirib".

Bundan öncə isə Dövlət Departamentinin Ukraynadakı nümayəndəsi Kurt Uolker bəyan etmişdi ki, bütün Donbass əhalisi bu regionun Ukraynanın nəzarətinə qaytarılmasını arzulayır.

Xatırladaq ki, Donbassda münaqişə 2014-cü ildən başlayıb və rəsmi Kiyev başda olmaqla, dünya birliyinin böyük qismi Rusiyanın hərəkətlərini açıq təcavüz kimi qiymətləndirir.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2018-05-23 18:25:32

Rusiya özü də yaddillilər üçün ən təhlükəli ölkədir.

Son yazılar