MN tək oğlan övladlarının cəbhə bölgəsinə göndərilməməsi haqda

"Hərbi çağırışa möhlət hüququ olmayan Azərbaycan Respublikasının hər bir vətəndaşı ailə tərkibindən, özünün və valideynlərinin cəmiyyətdəki mövqeyi və nüfuzundan, o cümlədən tutduğu vəzifədən asılı olmayaraq, hərbi xidmətə çağırılır və bundan qürur duyur".

Musavat.com AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı son günlər ailələrin tək oğlan övladlarının hərbi xidmətə çağırılmamaları, həmçinin ön xətt bölmələrində xidmətə cəlb edilməmələri barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Eyni zamanda, ailənin tək oğlan övladları da hərbi xidmətə çağırılır və müxtəlif istiqamətlərdə, xidmət sahələrində öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Ordumuzda xidmət edən gənclərin hansısa təbəqələrə bölünməsi kimi ziyanlı tendensiya mövcud deyil və düşünürəm ki, belə bir addımın atılması da xoşagəlməz hal kimi dəyərləndirilir. Unutmayaq ki, belə söhbətlərin yayılması vətəndaşlar arasında çaşqınlığın və narazılığın yaranmasına səbəb ola bilər. Bu isə şübhəsiz ki, Ermənistan xüsusi xidmət orqanlarının məqsədlərinə yarayan bir məsələdir. Bunu nəzərə alaraq hesab edirəm ki, bu gün belə bir mövzunun ortaya atılması ziyanlıdır, yolverilməzdir və düşmənin planları ilə üst-üstə düşür”, - o qeyd edib.

V.Dərgahlı qeyd edib ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla hərbi xidmətə çağırışla bağlı digər möhlət hüquqlarından bəhs etmək cəbhədəki vəziyyəti tam qiymətləndirməmək deməkdir: "Çünki ordumuzun qarşısında ərazi bütövlüyümüzün təmin olunması kimi müqəddəs və şərəfli vəzifə durur. Bu gün ordumuzun sıralarında ailələrin tək övladı olan zabitlərimiz, gizirlərimiz və hərbi xidmətə könüllü surətdə gələn müddətdən artıq həqiq hərbi xidmət hərbi qulluqçuları vardır və onlar vəzifələrinin öhdəsindən şərəflə gəlirlər. Onların əksəriyyəti ön xətt bölmələrində, düşmənlə üzbəüz mövqelərdə xidmət edirlər. Ancaq belə müzakirələrə qoşulanların məntiqi ilə hərəkət etmiş olsaq, onda gərək çağırışçılarla bərabər yuxarıda sadaladığım kateqoriyadan olan ailənin tək oğlan övladlarının da ordumuzda xidmətə cəlb edilməsinin qarşısı alınsın. Bu isə ölkəmizin müdafiə qüdrətinə vurulan zərbə kimi qiymətləndirilməlidir”.

635x100

Şərhlər

NURəddin 2018-05-23 21:27:13

ƏLBƏTTƏ, MƏSƏLƏNİ ƏDALƏTLƏ HƏLL ETMƏK TAMAMİLƏ MÜÇKÜNDÜR. AMMA ƏDALƏT BİZİM ÖLKƏMİZDƏN QEYB EDİLİBDİR.ƏDALƏT ELƏ BİR İDARƏETMƏ VASİTƏSİDİR Kİ, O MÜSTƏQİLLİKDƏN DƏ, AZADLIQDAN DA DƏYƏRLİDİR.VƏ BÜTÜN MÜŞKÜLLƏRİN CAVABIDIR. BAX BİZ BUNU İTİRMİŞİK.

helime 2018-05-23 21:27:13

eger ailede cemi 1 ushaq varsa ve bashqa baci-qardash yoxdursa,o ushagi on cebheye gondermek lazim deyil.Qismet Allahdandir,amma ,yenede 1 ushagi olan valideynleri basha dushmek lazimdir.

pensioner 2018-05-23 21:27:13

Oğlan uşaqlarının tək və ya cüt olmasından asılı olmayaraq onların vətən qarşısında vəzifələri eynidir!!! Bu məsələni ortaya atmaq təxribatçılıqa bərabərdir.Belə çıxır ki,tək uşaq isti yerdə oturmalı,cüt uşaqlar isə səngərə girməli və yeri gəldikdə hər ikisi həlak olmalıdır?Allah uzaq etsin bu halda cüt uşaqların valideynlərinin dərdi,tək uşağı həlak olan valideynlərdən dərdindən qat- qat çox olur.

Marif 2018-05-23 21:27:13

MƏMURLARIN UŞAQLARI NƏ VAXT VƏTƏNİ TORPAĞI QORUYACAQ ŞƏHİD OLACAQLAR. tORPAĞIN QANINI SORUB MİLYARDLARI YEYİB ANCAQ QORUMAQ İSTƏMİRLƏR. NƏ VAXT U ÖLKƏDƏ ƏDALƏTSİZLİK BƏRPA OLACAQ. YETİM-YESİRİN QANI TÖKÜLÜR BUNLAR İSƏ KEFDƏDİRLƏR.

t.ədalət 2018-05-23 21:27:13

Qəribədir,hərbi xidmətə çağırış işi ilə Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti məşğul olduğu halda,tək uşaqların hərbi xidmətə çağırılması məsələsini heç bir aidiyyatı olmayan müd.nazirliyinin mətbuat xidməti izah edir.Elə burdan görünür ki,müd.nazirliyi ona aid olmayan məsələlərə müdaxilə edir.Bu,savadsızlıq və vəzifə səlahiyyətlərini özbaşına aşmaqdır.Yenə də deyirəm,hər bir sahənin öz səlahiyyətliləri var.Bundan başqa,ordunun paradının aparılmasını A. Qurbaniyə etibar etmək olmaz.

pıs-pısa 2018-05-23 21:27:13

Cənab Dərgahlı! Nədənsə şəhid olanlar həmişə qaza, işiğa, suya görə borcu olub, bu xidmətdən məhrum olanların-kasıbların uşaqları olur. Bir məmur, oliqarx, polis rəisi, prokuror, nazir və s. və i. (kisəyə yaxın olanlar) uşaqları şəhid olmur? Niyə?? Onlar məyər Axillesdirlər??

yusif 2018-05-23 21:27:13

elə bil bu ölkəyə aidiyatı olmayan yad bir qurumun quru rəsmiyyətli açıqlamasıdır..yekələrin hansının uşağını ön cəbhəyə aparıbsız ya aparırsız ki..istər tək olsun istərsə də vüt..dövlət xalqı qorumaq üçün təsis olunub tərsinə yox..

Son yazılar