«Türkiyə NATO-da qalmalıdır, amma...» - Pompeo

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ Türkiyənin Rusiyadan S-400 kompleksləri almaqdan imtina etməsi məsələsi üzərində işləyir və ümid edir ki, bu sövdə baş tutmayacaq.

O, qeyd edib ki, hələlik Türkiyəyə F-35 qırıcı-bombardmançı təyyarələrin satılması barədə qərar qəbul olunmayıb. Bununla bərabər, Türkiyə Müdafiə Nazirliyi (MN) katibliyinin nümayəndəsi xəbər verib ki, beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin ilk nümunəsi Türkiyəyə iyunun 21-də təhvil verilməlidir.

«Biz bunun üzərində işləməkdə davam edirik ki, Türkiyə Rusiyadan S-400 kompleksləri almasın. Hesab edirəm ki, onlar hələlik bunu etməyiblər və ümid edirəm ki, onları heç vaxt almayacaqlar» - deyə, Pompeo ABŞ nümayəndələr palatasının beynəlxalq məsələlər üzrə komitəsində bəyan edib.

Pompeo həm də hesab edir ki, Türkiyə NATO-da qalmalı, amma alyansın siyasətinə uyğun olmaq üçün onun fəaliyyəti dəyişməlidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar