«Rusiyaya qayıtmağa ümid edirəm...» - Yuliya Skripal

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, atası ilə birlikdə Britaniyanın Solsberi şəhərində zəhərlənmiş Yuliya Skripal Rusiyaya qayıtmaq niyyətindədir. Bu barədə o, «Röyter» agentliyi üçün yazılmış videomüraciətdə bəyan edib.

Agentliyin məlumatna görə, 33 yaşlı Skripal Londonda gizli sığınacaqda polis mühafizəsi altındadır və özünün razılığı ilə jurnalistlər onunla əlaqə yarada biliblər. Bu görüş, sağalandan sonra onun geniş kütlə qarşısına ilk çıxışıdır.

«Mən atamın tam sağalması üçün ona kömək etmək istəyirəm. Uzaq perspektivdə mən, öz vətənimdəki evimə qayıtmağa ümid edirəm» - deyə, Skripal bəyan edib. O, əlavə edib ki, özünə qarşı edilmiş qəsdə üstün gəldiyinə görə, xoşbəxtdir.

Yuliya həm də Rusiyanın Londondakı səfirliyinin ona təklif etdiyi köməkliyi xatırladıb. «Mən, kömək təklifinə görə Rusiya səfirliyinə minnətdaram. Ancaq indiki halda mən, onların xidmətindən istifadə etmək niyyətində deyiləm» - Skripal bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar