"Son dövrlərdə ailələrdə qadınlar kişilərdən daha çox irəli gedir" - Hicran Hüseynova

"Son dövrlərdə müşahidə edirik ki, Azərbaycan ailələrində qadınlar kişilərdən daha çox irəli gedir".

Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

O bildirib ki, son vaxtlarda Azərbaycanda qadınlar çox inkişaf edib: "Qadınlarımız cəmiyyətdə özlərinəməxsus yer tutmağa çalışırlar. Hətta çox zaman görürük ki, ailədə qadınlar kişilərdən daha çox irəli gedir. Bu zaman isə bəzi ailələrdə münaqişələr müşahidə olunur. Belə hallarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, psixoloqlar ailələrə yardım edir, məsləhətlər verirlər. Balaca bir problemə görə adam öz ailəsini dağıtmaz. Bir az diqqətli olmaq, uşaqların maraqlarını güdmək lazımdır. Nümunəvi ailələrdən ibrət götürüb inkişaf etmək lazımdır".

635x100

Şərhlər

nə isə 2018-05-24 10:55:37

Bu sözlər mentalitet filan hər şey bir yana, sırf məmur hikkəsinin ifadəsidir. Xanım elə bilir ki, hər evdə onun kimi bir komitə sədri oturub əmr verir.Hər kişi onun əri kimi kişidir (təbii ki, əgər varsa). Yoxsa boşanmış ailələrdən, bir az artistlərdən, bir az kosmetika ustalarından danışır. Ayıblar olsun!

Van Gogh 2018-05-24 10:55:37

Gender bərabərliyi adı altında qadınları az qala boynumuza mindirib, Azərbaycan kişiləriniz cılızlaşdırmaqla məşğulsuz. indi də fəxrlə hesabat verirsiz? Bu dünyanın düzəni belə getməz, İnşallah!

Vətəndaş 2018-05-24 10:55:37

Bu adam çox gözəl bilir ki, bu necə olur.Kİşilərin bəziləri çox haram pula yol tapa bildiyindən qadınları cəlb edir.vəzifələrə irəli çəkir.yanında olması üçün işə götürür və s BU başqa cür olmur ,ay Sədr!

Roma 2018-05-24 10:55:37

Hicran xanım necə də təvazökar insandır axı qadınların Cəmiyyətdə daha irəli getməsi Sizin Təçkilatın gərgin əməyinin nəticəsidir. Düzdür bəzi insanlar şəxsən Sizə qarşı /kimisə vəzifəyə düzəltmə/ böhtan atırlar və bu nə dərəcədə düzdür deyə bilmərəm nə isə fikir verməyin. Necə deyərlər sükanı belə saxla.

Son yazılar