Məşhur xəstəxanada həkimlərin kütləvi ixtisar - "Artıq Grand hospital yoxdur..."

“Artıq Grand hospital yoxdur, EGE hospital var və olmayan bir hospital haqqında nə danışaq?"

Bu sözləri kütləvi ixtisarlarla bağlı gündəmə gələn Grand Hospitalın mətbuat katibi Türkan Məmmədli Real-a açıqlamasında dedi.

Onun sözlərinə görə, klinikadakı həkimlər yeni rəhbərliklə aralarında razılaşma ilə işdən ayrılıblar.

“Həmin həkimlərin yerinə isə Türkiyənin EGE Hospitalının həkimləri gəlib. Amma xəstəxanada yerli həkimlər də çalışacaq”, - deyə Türkan Məmmədli məsələyə aydınlıq gətirdi.

Özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı olan yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb.

Klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıb. Bu həkimlər arasında xəstəxananın baş həkimi də olub. Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib.

Türkan Məmmədli bu məsələyə də aydınlıq gətirdi. O bildirdi ki, həkimlər işdən qarşılıqlı razılaşma yolu ilə çıxıblar. Ona görə də hər hansı kompensasiyadan söhbət gedə bilməz.

635x100

Şərhlər

Mühəndis 2018-05-24 11:03:35

Baxın ölkədə dərəbəylik buna deyirlər.Kənardan gəlib həkimlərin yaxşısına,savadlısına,qabiliyyətinə baxmadan işdən azad etmək məntiqə sığmır.Tanıdığım orda çox qeyrətli,vətənpərvər,savadlı, mədəni,peşəkar həkimlər var.Heç olmasa klinikada işləyən həkimlərin keçmiş fəaliyyətini,xalq arasında nüfuzunu,Qarabağ döyüşlərinin şiddətli(91-93-də)vaxtlarında döyüş bölgələrində yaralı əsgərlərimizə yardım edib onları həyata qaytaran peşəkarları nəzərə alasınız.Hospital bazar deyilki,satıcını dəyişəsən.Çox təəssüf...

Son yazılar