İran Avropaya ultimatum irəli sürdü!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikası (İİR) 6 şərtin yerinə yetirilməsi daxilində nüvə sazişinə əməl etməyə hazır olduğunu bildirib. Şərtlər sırasında - İranla ticarət əməkdaşlığının davam etməsi və İran neftinin satışı üçün Avropa ölkələrinin zəmanəti yer alır.

Bundan əvvəl, Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı 12 şərt irəli sürüb. Bu şərtlərə əməl olunmadığı təqdirdə, Ağ Ev çox sərt sanksiyalar hazırladığı barədə xəbərdarlıq edib.

Xüsusilə, İran özünün bütün hərbi obyektlərinə girişi təmin etməli, öz qüvvələrini Suriyadan çıxartmalı və İsraili hədələməyə son qoymalıdır. Bu təqdirdə, məntiqi olardı ki, məsələn, İsrail də bütün hərbi obyektərinə girişi təmin etsin.

Maraqlıdır, sanki ABŞ adlı dövlət İsrailin «vəkil»idir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar