“İndi təkcə varlı ailələrin “debil” uşaqları yox...” - Deputat

“Beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məsələsi məni narahat edir. Biz nə üçün tələbə qəbulu prosesinə başladıq? Sovet vaxtından da məhz universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu. Azərbaycan dövləti sovet korrupsiya sisteminə qarşı universitetə tələbə qəbulu qaydalarını yaratdı. Bu gün də biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin “debil” uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar”.

Modern.az-ın məlumatıan görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında çıxış edən deputat Asim Mollazadə deyib.

Deputat bildirib ki, universitetlərə qəbul imtahanlarından imtina edilməsi üçün Azərbaycan təhsil sistemində çox ciddi islahatlar olmalıdır.

“Bunun üçün universitetlərə və onların təhsil səviyyəsinə inanmalıyıq. Biz imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün qapılar açmalıyıq. Çünki hər zaman “papanın gül balalarını” xaricdə və ölkəmizdə oxutmaq üçün vəsait tapıla bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir”.

A.Mollazadə deyib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır.

“Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun”.

635x100

Şərhlər

ayzek 2018-05-24 13:26:49

sifətinin zəhrimarından apoya oxşayır.

kasıb 2018-05-24 13:26:49

Cənab deputat haqlı olaraq qəbulda xoşagəlməz hallara yol açan yeniliklərə qarşıdır.Doğru buyurur. Hamı imtahan verməlidir. Olimpiadaların tam şəffaflığı hələ təsdiq olunmayıb.Bəziləri hər yerdə bir fırıllaq işlətməkdə mahirdir. İkincisi zəkalı uşaqlar testlərə özləri baş vurur, az-çox pul tapıb repetitor yanında kasıb da hazırlaşa bilir.Amma olimpiada vəsaitləri hamıya, xüsusən kənd uşaqlarına əlçatan deyil.Elə suallar qoyulur ki cavabı yalnız müəllifin uşaqları tapır.İndi nə deyirsiz kasıb küncə sıxışsın?

Qalib Mühafiz 2018-05-24 13:26:49

Cənab Depuтaт, geri zəkalı dürüsт тürk deуil, iтi zəkalı iki milli qardaşımız: уezid və haу şəbədələri "Zakon dlуa тoqo, çтo, eqo kak-nibud oboутi!" və "Уaxşılıgı oz milləтinə, zılını ozgəsinə aтmaqla, hər тərəfli əməkdaş ol!", bizlərdə çoxunun həуaт prinsipinə çevrilib?

hellas 2018-05-24 13:26:49

Ey cənabi Deputat! "Deyir avazın yaxşı gəlir oxuduğun Quran olsa"! Tutaq ki, kasıbın uşağı girdi pulsuz təhsilə və oxudu qurtardı. Pək əla! Bəs qurtardıqdan sonra bu binəva harada işləyək?? O, dediyiniz "debillər" bütün yerləri zəbt ediblər. Yalandan gopa basılan 1,5-2 milyon iş yerləri Rusiyanın və Türkiyənin dükan bazarlarındadır! Siz əvvəlcə Bu xarabada istehsal müəssisələri, zavod və fabriklər açın ki, millət işləyə bilsin. Az.TV telekanalizasiyasından (Z.H.) az gopa basın ki, Azərbaycan çiçəklənir.

0503876959 2018-05-24 13:26:49

Sağ ol Asim müəllim.Hər bir işin ölçusu olmalıdır

Son yazılar