Rusiyanın məşhur biznesmeni İsrail vətəndaşlığı alır

Rusiyanın yəhudi əsilli məşhur biznesmeni, milyarder Roman Abramoviç vətəndaşlıq alamaq üçün mayın 24-də İsrailə gedib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, son zamanlar Böyük Britaniya vizası almaq sahəsində çətinliklərlə üzləşib.

Çünki rəsmi London Rusiyaya qarşı sanksiya tətbiq edəndən sonra Rusiya vətəndaşlarının Britaniya vizası alması o qədər də asan olmur. R.Abramoviç viza ilə bağlı problemi həll etmək üçün İsrail vətəndaşlığı almaq qərarına gəlib.

Məlumata görə, Britaniyanın “Çelsi” futbol klubunun yiyəsi olan milyarder Təl-Əvivi Neve-Tsedek turist rayonunda böyük mülk tikdirir.

İsraildə çıxan “Globus” qəzetinin yazdığına görə, rusiyalı milyader bu rayonda 25 milyon dollara “Versano” mehmanxanasını, oranın həyətinə bitişik 1,5 min kv metrlik ərazini satın alıb.

Qəzet bildirib ki, R.Abramoviç İsraildən 4 startap-şirkət əldə edib. Onlardan biri smartfonlar üçün batareya istehsalı ilə məşğuldur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar