Qloballaşma prosesində milli dəyərlərimizi necə qoruyaq?

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 18 iyul 2014-cü il tarixində Şəki şəhərində “Qloballaşma prosesində mənəvi-əxlaqi dəyərlərin qorunması“ mövzusunda tədbir kecirib.

Tədbiri giriş sözü ilə layihənin rəhbəri Tələt Qəribov açaraq tədbir iştirakçılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakcılarına məlumat verdi. Azərbaycan Respublikasının qaçılması mümkün olmayan qlobalaşma prosesində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da üzərinə düşən vəzifələrdən danışıldı.

Daha sonra Şəki rayonunun ağsaqqal ziyalıları Şahid Məmmədkərimov,Vahid Qəniyev və Mustafa Əhmədov mövzü ətrafında geniş çıxışlar etdilər. Onların ailəyə sədaqətlik, mərdlik, qonaqpərvərlik, özündən böyüklərə ehtiram, vətənpərvərlik, abır-həya, dinə inam mövzusunda çıxışlarını tədbir iştirakçıları maraqla dinlədilər.

Tədbir iştirakçiları mövzü ətrafında fikir mübadiləsi apardılar və bəzi televiziyalarda gedən şou proqramların mənəvi-əxlaqi dəyərlərimizə mənfi təsirlərindən söz açdılar. Aparılan müzakirələrin nəticəsində münasib təkliflər hazırlanaraq ictimaiyyətə və mətbuata təqdim olundu.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar