Nazir telefon zənginə görə istefa verdi

Yeni Zelandiyanın Nəqliyyat naziri Fil Tuayford telefon zənginə görə istefa verib.

Modern.az xəbər verir ki, bu barədə “New Zealand Herald” nəşri məlumat yayıb.

Nəşrin məlumatın görə nazir təyyarə uçuşa hazırlaşdığı zaman qaydaları pozaraq telefonla zəng edib.

“Bu heç kim üçün uyğun deyil. Əsasən də mənə, nəqliyyat nazirinə. Hadisə ilə əlaqədar səmimi üzrxahlığımı bildirirəm” – Tuayford bəyan edib.

Bəyanatdan sonra o insidentə görə istefa verdiyini də vurğulayıb.

Ölkənin baş naziri Casinda Ardern istefanı qəbul etməyib. Lakin mülki aviasiya məsələlərini onun müavini Culi Enn Centerə həvalə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar