“Malayziya təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub” - Beynəlxalq Araşdırma Qrupu

“Malayziya Hava Yollarına məxsus “MH-17” sərnişin təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub”.

“Report” Avstraliyada çıxan “The Sydney Morning Herald” qəzetinə istinadən xəbər verir ki, hadisəni araşdıran Beynəlxalq Cinayətləri Araşdırma Qrupu bildirib.

İnformasiyaya əsasən, təyyarə Rusiya sərhədinə yaxın bir bölgədən raketlə vurularaq yerə düşürülüb: "Təyyarə Rusiya Silahlı Qüvvələrinin 53-cü Zenit raket briqasından atılan raket nəticəsində qəzaya uğrayıb".

Qeyd edək ki, hadisə 2014-cü il iyulun 17-də baş verib. Qəza nəticəsində 298 nəfər ölüb. Təyyarədəkilərdən 283-ü sərnişin, 15-i isə uçuş heyətinin üzvü olub. Ölənlərdən 154-ü Hollandiya, 27-si Avstraliya, 23-ü Malayziya, 11-i İndoneziya, 6-sı Britaniya, 4-ü Almaniya, 4-ü Belçika, 3-ü Filippin, biri Kanada vətəndaşı olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar