Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində batan şəxslərlə bağlı rəsmi məlumat yayıb.
“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb.
Məlumat aidiyyəti qurumlara ötürülüb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-3″ gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.
Əlavə məlumat veriləcək.