Ronaldinyo eyni vaxtda iki xanımla evlənəcək

Dərc olunub: 24/05/2018 - 16:51

acdebf70-29b0-4ed8-9787-fa64e1bc4b67_292Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinyo eyni vaxtda iki xanımla evlənməyi qərara alıb.

“Report”un “O Dia” nəşrinə istinadən verdiyi məlumatına görə, ötənlərin məşhur hücumçusu Pristsilla Koelyo və Beatriz Souza ilə ailə quracaq. Braziliyada çoxarvadlılıq qadağan olunduğundan, toy mərasimi avqustda ABŞ-ın Santa-Monika şəhərində keçiriləcək. Onlar elə bu şəhərdə yaşayacaqlar.

Qeyd edək ki, Ronaldinyo Fransanın PSJ, İspaniyanın “Barselona” və İtaliyanın “Milan” klublarındakı çıxışları ilə məşhurdur. Sabiq yarımmüdafiəçi ölkəsinin “Flamenqo”, Fluminense”, “Atletiko Mineyro” və “Qremio”, həmçinin Meksikanın “Keretaro” klublarında da oynayıb.


loading...




Fikrinizi bildirin