“Bu, kino sənayesinə atılan “cırıq üçlük” deyil...” - Alqış Musayev

Xəbər verdiyimiz kimi, Rüstəm İbrahimbəyovun ssenari müəllifliyi ilə 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filmi Azərbaycanın xəbər məkanında ciddi müzakirələrə səbəb olub.

Prezidentin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Facebook” statusu ilə ictimai diqqəti İbrahimbəyovun filmində Azərbaycan xalqının alçaldılması cəhdinə yönəldib. Sitat:

“Mən çox istərdim ki, hər bir azərbaycanlı bu yazı ilə tanış olsun və təkcə milli hisslərini, milli mənsubiyyətini, milli dəyərlərini deyil, həm də adi insani keyfiyyətlərini itirərək haqqı, ədaləti və reallığı danan bu "məşhur ssenaristə" münasibət bildirsin. Çox hörmətli kinorejissor Ayaz Salayevə əsl vətəndaşlıq mövqeyinə görə dərin təşəkkürümü bildirirəm...”

Sabiq millət vəkili Alqış Musayev siyasi hakimiyyətin İbrahibəyovun filminə bu reaksiyasının gərəkli olduğunu qeyd edib: “Doğrusu, mən adıçəkilən filmə baxmamışam. Onu izləməyə xüsusi bir ehtiyac da yoxdur. Cünki Rüstəm İbrahimbəyovun ümumu olaraq hansı əhval-ruhiyyəni təmsil etdiyi gizli deyil. Onun kökləndiyi ovqatın bütün parametrləri və bütün xirdalıqları mənə bəllidir. Mən “Qafqaz üçlüyü” filminin qondarama soyqırımın 100 illik yubileyi ərəfəsində ərsəyə gəldiyini də xüsusi vurğulamaq istəməzdim.

Təbii ki, Rüstəm İbrahimbəyovu təsadüfi adam hesab etmək olmaz. O, həmişə məqsədyönlü addımlar atır, konkret hədəfi olan ssenarılər yazır. “Qafqaz üçlüyü”nü onun kino sənayesinə tulladığı adi “cırıq üçlük”, xalq yazıçısının ədəbi intiharı və ya adi yaramazlıq kimi dəyərləndirmək düzgün olmazdı. Bu bəsit məsələ deyil. Bildiyimiz kimi, həmişə Azərbaycana qarşı hücumlar bir neçə istiqamətdə aparılır. Əsrlər boyudur ki, tariximiz, coğrafiyamız, milli yaddaşımız, mənəvi-psixoloji özəlliklərimiz erməni vandalizminə məruz qalır. Tarixi torpaqlarımızın işğalı və mənimsənilməsi bir neçə mərhələdən keçib. Əvvəl tariximizi saxtalaşdırıb, erməniləşdirirlər. Sonra işğal etdikıəri coğrafiyada Azərbaycan xalqına aid nə varsa, bütün maddi sübutları silib–süpürür, abidələri, faktları məhv edirlər. Üçüncü mərhələdə mili yaddaşımızı blokadaya alırlar ki, tarixi-siyasi coğrafiyamız və o coğrafiyaya qayıdış haqqında düşünmək mümkün olmasın. Milli yaddaşı bloklamanın ən effektiv yolu xalqın psixologiyasını zədələmək, tapdamaqdır. Xalqı aşağılamaq onun psixolagiyasını sökmək, viran qoymaq deməkdir.

Xarabaya döndərilmiş mənəviyyat və psixologiya üzərində xalqın tarixi yaddaşını bərpa etmək ya çox çətindir, ya da heç ümumiyyətlə mümkün olmur. Rüstəm İbrahimbəyov ağılsız deyl. Şübhəsiz ki, o, bu incəlikləri çox dəqiq bilir. Və bütün bunları bilə-bilə “Qafqaz üçlüyü” kimi əsərlərə imza atmağın heç bir halda bəraəti ola bilməz”.

V.NƏSİBOV

635x100

Şərhlər

Iskender 2018-05-24 16:59:40

Demeli filme baxdim. A. Salayevnen razilashmaq olar. Bundan elave filmde ermeni rolunda rus gedir. Bu boyuk sehvlikdir, chunki ermeninin siftinden axmaqliq yagmalidir. Birce duz yeri var o da azerbaycanlinin, dostlugu oz olkesinin qanunlaridan ve vezifesinden ustun tutmagidir. :)

G.M 2018-05-24 16:59:40

R.İbrahimbəyova bir Alqış...3 il bundan əvvəl çəkdiyi ``Siqaretin tüstüsü`` PA-na,Alqış bəyə indi gəlib çatıb......

ayzek 2018-05-24 16:59:40

alqış son vaxtlar yaman fəallaşıb.yaxası deputöt mandatından ötrü yaman darıxıb.

aysberq 2018-05-24 16:59:40

Alqış bəyə bir gurultulu alıqışlar vurun!! P.S. Əgər o urustam kinonu 2015-də çəkibsə, Sizlər özünüzə 2018-də niyə əl qatmısınız! Sizlərdə bəyəm pozdni zajiqaniyadır ki???

Son yazılar