Xamenei ABŞ-ı cizgi qəhrəmanına bənzətdi

xamenei2_0m7x9h0j9u-12952İranın ali dini lideri Əli Xamenei ABŞ-ı məşhur "Tom və Cerri" cizgi filminin pişik qəhrəmanı Toma bənzədib. "AzPolitika.info" "Bloomberg"ə istinadən bildirir ki, Xamenei ABŞ-ın sanksiya hədələrinə münasibət bildirərkən "Vaşinqton məşhur pişik Tom kimi daim məğlub olacaq" deyib.

İran liderinin ABŞ-n mövqeyinə reaksiyası həmişəki kimi sərt olub: "ABŞ İrana ziyan vurmaq üçün həmişə iqtisadi, siyasi, hərbi və təbliğat "tələlərindən" istifadə edib. Lakin bütün bu cəhdlərində məşhur pişik Tom kimi uğursuzluğa düçar olub."

Xatırladaq ki, ABŞ İranla nüvə razılaşmasından çıxdığını bəyan edib və qonşu ölkə ilə əməkdaşlığın mümkünlüyünü bir neçə şərtə bağlayıb. İran isə bu şərtləri qəbulolunmaz sayır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar