Fazil Məmmədovun tutdurduğu şair əfv olundu

Dərc olunub: 24/05/2018 - 17:26

7238bf99-0442-4996-a61e-6e9b32761a85Son əfv fərmanı ilə azadlığa çıxanlar arasında şair Saday Şəkərli də var.  “AzPolitika.info” xatırladır ki, hədə-qorxu gəlməklə pul tələb etməkdə təqsirləndirilərək 5 il müddətinə azadlıqdan məhrum edilən Saday Şəkərlinin sabiq vergilər naziri Fazil Məmmədovun sifarişilə həbs edildiyi idia olunurdu.

Bu ilin əvvəlində S.Şəkərli məhkəməyə müraciət edərək səhhətinə və ailəsinin vəziyyətinə görə vaxtından əvvəl azadlığa buraxılmasını istəmişdi.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən S.Şəkərlinin cəzasını apellyasiya instansiya 5 ilə endirib.

fazilRəsmi məlumata görə, Bakı şəhər sakini Saday Şəkərov (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə keçmiş vergilər naziri Fazil Məmmədovun müşaviri Asif Cahangirov haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılmışdı.
Görünür, Fazil Məmmədovun artıq vergilər naziri olmaması da S.Şəkərlinin azadlığa yolunun açılmasında əhəmiyətli rol oynayıb.


loading...




Fikrinizi bildirin