Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var
Baxiş sayı:
Dərc olunub:
24/05/2018 - 18:28
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamda 41 nəfər xarici vətəndaşının adı var.
“Report” xəbər verir ki, siyahıda Gürcüstan (11), Rusiya (6), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb.
Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.