Avro-2020: Bakıda keçiriləcək oyunların tarixi açıqlandı

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının tarixlərini açıqlayıb.

Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

Bakı Olimpiya Stadionunda da Avro-2020-nin 4 oyunu təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə 1/4 final mərhələsinin oyunlarıdır.

UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək A qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. 1/4 final mərhələsinin BOS-dakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar