Astanada Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr aparılıb

Astanada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə Xüsusi İşçi Qrupunun növbəti iclası keçirilib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, nazir müavinləri səviyyəsində keçirilən iclasda İşçi qrupunun növbəti görüşü barədə razılıq əldə olunub.

Bildirilib ki, növbəti görüş Qazaxıstanda keçiriləcək. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar