ASLAN İSMAYILOVA CİNAYƏT İŞİ AÇILDI - Polis hüquqşünası məhkəməyə gətirdi (FOTO)

"Xəmsə" MMC-nin sahibi Mürvət Həsənlinin hüquqşünas Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında şikayəti icraata qəbul olunub. "AzPolitika.info"nun məlumatına görə, mayın 24-də Səbail Rayon Məhkəməsində Mürvət Həsənli iddiası üzrə hazırlıq iclası keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclada barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş A.İsmayılovla bağlı zorla gətirmə tətbiq olunub. Belə ki, hüquqşünas məhkəmə iclasına polis vasitəsilə gətirilib.

Xatırladaq ki, M.Həsənli xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib və A.İsmayılovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılmasına dair hökm çıxarılmasını məhkəmədən xahiş edib.

Hazırlıq iclasında müəyyən olunub ki, xüsusi ittiham qaydasında şikayətin aidiyyati məhz bu məhkəməyə aiddir. Şikayət ərizəsi Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun tətbiq edilib. Həmçinin şikayət üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsaslar müəyyən olunmayıb.

Məhkəmə qərarına əsasən, M.Həsənli ittihamçı, A.İsmayılov isə təqsirləndirilən şəxs qismində tanınıb. İşin açıq məhkəmə baxışının Səbail Rayon Məhkəməsində 31 may 2018-ci ildə keçirilməsi qərara alınıb. A.İsmayılovun müdafiəçidən imtina etdiyi də qərarda əksini tapıb.

635x100

Şərhlər

Realist 2018-05-24 19:53:53

"Azpolitika"nın Aslan İsmayılova qarşı bir apatiyası hiss olunur. Bu birinci məqalə deyil ki, eyni yanaşma ilə rastlaşırıq. Adamı məhkəməyə vermək olar, bu hələ onun suçlu olması demək deyildir. Aslan bəy milyonlarla pulu talayan nazirlərimizdən deyil, bir az obyektiv olun, namuslu adamları qoruyun.

vəkil 2018-05-24 19:53:53

maraqli burasidir ki Aslani öz huquqşunas dostlari və koleqiyalari mudafiyəsinə qalxmirlar? lakin o iş adami sonradan Aslankimilərinə baş qoşduguna ğörə peşman olacaq onun yerinə olsam bu işin başin buraxaram.....

miri 2018-05-24 19:53:53

Məmləkət orta əsr təfəkkürü ilə idarə olunur. Zindanlara yer boşalmaq uyqun doldurulur. Bu işləri təşkil edənlərin məqsədi Məmləkəti qul təfəkkürlü insanlardan ibarət saxlamaqdır yəqin.Belələrini inkisafa mane olsalarda, idarə etmək asandır. Amma Haqq sahibi bir gün hər şeyi yerbəyer edəcək. İnşəallah.

Mürvət-ə 2018-05-24 19:53:53

Axır ki arzuna çatdın? ...

G.M 2018-05-24 19:53:53

A.İsmayılova qarşı qaldırılan ittiham, iqtidardakı qaraguruhun cılız planıdır.Aslan həbs olunsa da haqsızlığa qarşı barışmazlığını sübut edəcək.O kəslər kki,ruhən azaddırlar onları Zindan qorxutmaz.

Koxa 2018-05-24 19:53:53

Azer taglyev sen Hakim yox hakimyetin qylu ve nökerisen

vetendas 2018-05-24 19:53:53

. Azerbaycanda yasamaq ucun gerek Gozun Kor, Qulaqin Kar, Dilinde Lal olmalidi. Bunlarinda hec biri Aslan muellimde yoxdu....

hop-hopnamə 2018-05-24 19:53:53

Aslan tutulmalıdır! Çünki o Onkologiyaya girib, oradakı biabırçılığı çəkib göstərmişdir.

Son yazılar