Sumqayıtda dükan sahibi işçisi tərəfindən qətlə yetirilib

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1979-cu il təvəllüdlü yerli sakin Quliyev Vüqar Ənvər oğlu Mehdi Hüseynzadə adına stadionun yaxınlığında şəxsi meyvə-tərəvəz dükanında öz işçisi tərəfindən bıçaqlanıb.

O, Sumqayıt şəhər TTYX-ya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti Sumqayıt şəhər morquna təhvil verilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar