Moskvada 3 nəfər girov götürülüb - Ölən və yaralanan var

Moskva şəhərinin şərqində 3 nəfər girov götürülən zaman onlardan biri həlak olub.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt idarəsinin mətbuat xidməti məlumat yayıb.

Cinayətkar saxlanılıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər iki girov – qadın və uşaq zərər çəkməyib. Girovların azad olunması üzrə əməliyyat polis və "Rosqvardiya" döyüşçüləri tərəfindən aparılıb.

İlkin məlumata görə, münaqişə məişət zəminində baş verib. Girov götürülən 3 nəfər girov götürənin eyni mənzili bölüşdüyü qonşuları olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar