Çində Angela Merkel alqışlarla qarşılandı - Təntənəli mərasim quruldu...

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının (DŞ) Baş naziri Li Kenyan və Almniya Federativ Respublikasının (AFR) kansleri Angela Merkel ikincinin gəlişi münasibətilə Xalq Məclisi Evinin şərq qapısı istiqamətində - Tyananmen mərkəzi meydanının qarşımında təşkil olunmuş təntənəli qarşılnma mərasiminə qatılıblar.

Fəxri qarovulun iştirakı ilə iki ölkənin hökumət nümayəndələri, işgüzar dairələrinin nümayəndələri və diplomatları, o cümlədən, Çin və xarici jurnaistlərin böyük qrupunun qarşısında Li Kenyan və Angela Merkel qırmızı xalqça düzülmüş «cığırla» kiçik tribunaya doğru addımlayıblar. Tribunaya qalxaraq, onlar yan-yana dayanıblar.

Çin Xalq-Azadlıq orlusunun Orkestri iki ölkənin dövlət himnini ifa edib. Həm də artilleyriya qurğusundan salamlama atəşləri açılıb.

Bundan əvvəl, Çin hakimiyyəti dəfələrlə bildirib ki, AFR-ı ilə əməkdaşlıq müstəsna strateji əhəmiyyət kəsb edir.

2017-ci ilin yekunlarına görə, Çin Almaniyanın 1 nömrəli ticarət tərəfdaşı olub - onların qarşılıqlı dövriyyəsi 186,8 milyard avro təşkil edib. Berlində əmindirlər ki, bu göstəriciləri əhəmiyyətli dərəcədə artırmaq olar. Xüsusilə də Çin Avropa İttifaqından investisiya qoyluşu üçün şəraiti yaxşılaşdıracağı təqdirdə.

Artıq xəbər verildiyi kimi, Angela Merkel Çinə iki gülük səfərə gəlib. Səfərin gedişində Li Kenyandan başqa, o, ÇXR sədri Si Tsizinpinlə də görüşəcək. Bu səfərin başlıca məqsədi ticarət-iqtisadi, bölgəsel və qlobal əhəmiyyətli bəzi «açar» məsələlərin müzakirəsindən ibarətdir.

İranla bağlı son hadisələr və Koreya yarımadasındakı situasiya ətrafında da fikir mübadiləsi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar