«ABŞ Türkiyənin S-400 sövdəsinə alternativ təklif edir» - Mayk Pompeo

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo bəyan edib ki, ABŞ Türkiyənin Rusiyadan almaq niyyətində olduğu S-400 zenit-raket kompleksi sövdəsinə alternativlər təklif edir.

«Əlbəttə, bu istiqamət düzgün deyil. S-400-lərə malik olmaq, onlarla bizim aramızda, Türkiyə ilə NATO arasında özü ilə çoxlu problemlər daşıyır. Biz onlara diplomatik təzyiq göstəririk, həm də onlara alternativlər təklif edirik» - deyə, cümə axşamı senat dinləmələri zamanı Pompeo bəyan edib.

«Ümid edirəm ki, onarın hərəkətləri NATO məqsədlərinə daha çox uyğun olacaq» - Pompeo əlavə edib.

Məlum olduğu kimi, ötən ilin dekabrında Ankarada Rusiya və Türkiyə nümayəndələri S-400 komplekslərinin alınması barədə saziş imzalayıblar. Türkiyə müdafiə sənayesi katibliyinin bəyanatına görə, Ankara bu komplekslərin iki batareyasını alır. Bu qurğulara türk personal qulluq edəcək. Türkiyədə bu komplekslərin istehsalını inkişaf etdirmək məqsədilə, tərəflər sahə üzrə texnoloji əməkdaşlıq barədə də razılığa gəliblər.

Mayın əvvəlində Türkiyə müdafiə sənayesi Katibliyinin başçısı İsmayıl Dəmir bəyan edib ki, Rusiya bu kompleksləri Türkiyəyə danışılmış vaxtda təhvil verəcək, ABŞ-ın mümkün sanksiyaları isə buna təsir göstərməyəcək.

ABŞ dövlət katibinin köməkçisi Uess Mitçell isə öz növbəsində, bəyan edib ki, Ankaranın Rusiyadan S-400 kompleksləri alması, ABŞ-ın Türkiyəyə F-35 qırıcıları satmasına neqativ təsir göstərə bilər. Mövlut Çavuşoğlu isə buna cavab olaraq, bildirib ki, əgər Vaşinqton sözügedən qırıcıların göndərilməsini bloklasa, Türkiyə də cavab tədbirləri görəcək.

635x100

Şərhlər

t.ədalət 2018-05-25 00:45:50

"Dağlıq Qarabağ probleminin açarı Putinin əlindədir"--deyən Sayın Ərdoğan nə əcəb tarixən türk xalqlarının qənimi olan,hələ də ermənistanda Türkiyə dövlətinə qarşı güclü hərbi baza saxlayan Rus imperiyasına bu qədər etibar edir?NATO ilə ilişkiləri qırmaq,əlbəttə,nə vaxtsa Türkiyə üçün problemlər yarada bilər.Axı,Türkiyəyə qarşı hələ də aradan qaldırılmayan PKK terrorunu Rusiya yaradıb...

Son yazılar