ABŞ Türkmənistan pambığına qadağa qoyub

ABŞ Türkmənistandan pambıq və pambıq məhsullarının ölkəyə gətirilməsinə qadağa qoyub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ sərhəd və gömrük mühafizəsi idarəsinin saytında dərc edilmiş məlumatda bildirilir.

Məlumata görə, qərar mayın 18-də qəbul edilib.

Qərarın səbəbinə dair açıqlama verilməyib. Lakin, məlumdur ki, qərarın təşəbbüskarı olan “Cotton Campaign” humanitar təşkilatı dəfələrlə Orta Asiyada pambıq istehsalatı sahəsində uşaq və qul əməyindən istifadə olunduğunu iddia edib. Təşkilatın səyləri nəticəsində həmçinin “Inditex”, “IKEA” və “H&M” kimi iri ticarət şəbəkələri də Türkmənistan pambığının tədarükünü dayandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar