“GÖRÜNÜR RUSLARIN ƏLİNDƏ ELƏ MƏLUMATLAR VAR Kİ...” - "Rus FSB-si amansızdır"

"Sonda həmişə olduğu kimi, güclü qalib gələcək. İran çevik siyasət yürütməsə və müəyyən güzəştlərə getməsə, ya İranın daxilində inqilab baş verəcək, ya da hərbi güc tətbiq etməklə ABŞ, İsrail və onlara maliyyə dəstəyi verəcək Səudiyyə Ərəbistanı tərəfindən viran ediləcək".

Bunları BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az saytına açıqlamasında İran ətrafında yaranmış vəziyyətlə bağlı sualı cavablandırarkən deyib. Partiya sədrinin fikrincə, İranın nüvə silahı istehsal etməsi böyük dövlətləri narahat etsə də, bizim üçün qorxulu deyil.

"İranın nüvə silahı əldə etməsi imkan verəcək ki, Türkiyə də həmin silaha sahib olsun. Nəticədə, regionda Rusiyanın hegemonluğuna son qoyulacaq, sülh daha etibarlı təmin olunacaq. Nüvə silahı olmasaydı, üçüncü dünya müharibəsi çoxdan başlamışdı. Bu silah nə qədər təhlükəli olsa da, böyük çəkindirici gücə malikdir, sülhün ən böyük təminatçısı odur. Ümid etmək istərdim ki, siyasi mollaların müdrikliyi çatacaq, Əsədin və Səddamın yolu ilə getməyəcək, müharibədən yayına biləcəklər. Biz öz soydaşlarımızla yanaşı İranda yaşayan digər xalqların da taleyinə görə çox narahatıq. İran bilməlidir ki, NATO üzvləri sonda ABŞ-ın yanında yer alacaq".

Q.Həsənquliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmində azərbaycanlıların alçaldılması məsələsinə də münasibət bildirib. Partiya sədri İbrahimbəyovun 2013-cü ildəki fəaliyyətini yada salaraq, deyib: "2013-cü ildə o, Moskvadan prezident seçkilərinə göndəriləndə əksəriyyət onun KQB agenti olduğunu başa düşmüşdü. Bu gün susan Milli Şura rəhbərliyinin də çoxu bunu bilirdi, amma onun (Rusiyanın) vasitəsilə hakimiyyətə gəlmək istəyirdilər. KQB, təəssüf ki, bizim bəzi ziyalıları sovet dövründə özünün agenti edib. Görünür rusların əlində elə məlumatlar var ki, bu adamlar şərəfini itirmiş mili satqınlar kimi tarixdə və xalqımızın yaddaşında qalmağı, o dünyaya xalqın lənətləri ilə getməyi üstün tuturlar, nəinki o məlumatların açılmasını. Rus FSB-si isə çox amansızdır, milli satqınlardan rezin kimi ömürlərinin qürub çağında da istifadə edir. Ən namussuz adam da xalqına qarşı belə hərəkətə qol qoymaz.

Bu milli xəyanətkarlar bilsinlər ki, bizim xalqımız onların təsvir etdiyi kimi qəddar və dözümsüz olsaydı, çoxdan onların bağırsaqlarını bu həqarətlərə görə bayıra tökərdi. Amma ermənilər bunu həvəslə edərdi, vaxtilə Xocalıdakı günahsız körpələrə qarşı etdikləri kimi..."

635x100

Şərhlər

Qorxmaz 2018-05-25 10:52:16

Qütret bey azerbaycanda rusyanın 4 adamı var... bax buyurun söznüzü deyin

əli 2018-05-25 10:52:16

İbrahimbəyov təbirinizcə düşməndir bunu bildik bəs bu maaşla bir neçə milyonluq villa sahibləri yəni rüşvətxorlar ,Oğrular kimdirlər bunların adını çəkməyə qorxursan?

G.M 2018-05-25 10:52:16

Son dövrlərdə ictimai-siyasi aləmdə baş verənləri analiz elədikcə Qüdrət bəyi qınamaq fikirimdən ``vaz keçmək`` yolunu tutmaq fikrinə düşmüşəm.AXC -də nə isə var.sanki AXCP ,YAP-ın ``kadr`` Bazasıdır.Bir fikir verin Prezident və xanımından savayı demək olar ki,əksər məmurlar vaxtiylə AXC funsaneri olanlardı.

Həsənquliyevə 2018-05-25 10:52:16

Gah Prezidentə namizəd olur,gah hamıya qğıl öyrətmək fikrinə düşür,gah Rusiyaya ağıl öyrədir.....Heç sual verə bilmək cəsarətin çatıb ki, Yaqub Eyubova və digərlərinə Putin nə ordeni və nəyə görə verib? Gördükləriniz işləri elə bilirsiniz başa düşmür?Nə qədər milləti avam yerinə qoymaq olar? Özünüz avam ola-ola milləti elə hesab edirsiniz.Sizdən Qarabağı alan olar?

EWDER 2018-05-25 10:52:16

...INKIWAFDAN DANIW,BIR AZ ......

Bəhram Qarabağlı 2018-05-25 10:52:16

BAXCP sədrinin, Beуnəlxalq Dokтorlara "Qlobal icmal"ı, xarici siуasəтə meуlini gosтərir. Keçən dəfə də oz(Koçərуan, Sərkisуan və d.) тerrorçularımızla ugursuz mübarizəni xaricilərin günahına уazmışdı!?Daha bir siуasi idxalçı Qalib H., Qarabag həllini arтıq Kremldən Тürkiуə seçkisinə aтıb!? 50-dən çox Parтiуa və rəsmi Bakı, milli siуasəтi boş iddialarla ixrac edır? İddia birbaşa qəтi olmalıdır! İşgalçı və havadarına kəskin тələb qoуulmalı idi. Uzaq Qərbin, уaxın qonşunun belə тəsiri xam xəуaldır.

Türk 2018-05-25 10:52:16

BƏS SƏN HƏMİŞƏ YAZIRSAN RUS BİZİM DOSTUMUZDUR. İNDİ NƏ OLDU SƏNƏ? .... SƏNİN BÜTÜN YAZILARINA FİKİR VERİRƏM

SH 2018-05-25 10:52:16

. Ay Heseninquluyev muellim?!!!! Bes bu gun Siralama ile sinesine Rusiyanin Ordenlerini taxan Putin goresen bu sexslere Rusiya qarsisinda hansi xidmetlerine gore mukafatlandirir?????? Bilmirsiz? Bilende bize de deyin! Sen evvel etrafdakilari sorqula, sonra Vertual sexslerle danis!

Son yazılar