Əmək haqqından ödənilən vergilər azaldıla bilər

"Vergilər Nazirliyi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə işçilərin əmək haqqındna ödənilən vergilərin azaldılması ilə bağlı müzakirələr aparır".

"Report" xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

"Əmək haqları üzrə vahid vergi yükünün müəyyənləşdirilməsi təklif edilir. Bu, hazırda maaşlardan tutulan vergilərin əhəmiyyətli dərəcədə azalması deməkdir", - deyə o, qeyd edib.

Bundan başqa, nazirin sözlərinə görə, Azərbaycanda kiçik və orta sahibkarların da vergi yükünün nəzərəçarpacaq dərəcədə azaldılması nəzərdə tutulub: "Bununla bağlı dövlət büdcəsi paketinə bir sıra dəyişikliklər edilə bilər. Vergi uçotunun bərpası da təklif edilən dəyişikliklərdən biridir".

Nazir həmçinin vurğulayıb ki, vergidən yayınma hallarına görə cəza tədbirlərinin sərtləşdirilməsi də təklif edilir.

635x100

Şərhlər

Vetendas 2018-05-25 12:16:59

Emek haqlarinin 20+2 faizi sosial vergiya, 14-36 faizi gelir vergisine tutulur.Bundan elave hemkarlara 2-3 faizi ve bu ilden 0,5faiz issizliye tutulur.Emek haqqinin toplam 40 faizi vergilere tutulur.Bele vergi olar? Emek haqqinin yarisini alirlar, bazarda da qiymetler fantastik yuksekdir

pensioner 2018-05-25 12:16:59

Bu prosesi mümkün qədər tezləşdirmək lazımdır.

azer 2018-05-25 12:16:59

300-400 manat əmək haqqindan vergı uzağı 10 faiz olmalıdır

azer 2018-05-25 12:16:59

gəlir vergisi 14%-dən 1o faizə endirilməlidir .özu də nə qədər tez olsa yaxşı olar 300-400 manata qeder maaşdan vergi faizi lap aşağı olmalıdır

Son yazılar