POLİS RƏİSİ ÖZÜNƏ YENİ BALIQ VƏTƏGƏSİ ALDI - Foto (Yenilənib)

Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyev özünə yeni balıq vətəgəsi alıb. Report xəbər verir ki, bu barədə rayon sakinləri məlumat verib.

Vətəgənin kimin adına rəsmiləşdirildiyi məlum olmasa da, V.Şəbəndiyevə aid olduğu dəqiqdir.

Qeyd edək ki, buna qədər V.Şəbəndiyevin başqa vətəgələri də olub. Polis polkovniki Vüsal Şəbəndiyev Neftçala RPŞ-nın rəisi vəzifəsinə 2015-ci ilin noyabr ayında təyin edilib.

***

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Vüsal Şəbəndiyevin Neftçalada özünə yeni balıq vətəgəsi alması barədə məlumata münasibət bildirib. DİN rəsmisi məlumatı "əsasssız və böhtan xarakterli" adlandırıb. Bildirib ki, məlumatın tirajlayan saytlar "Kütləvi İnformasiya Vasitələri Haqqında" Qanunun tələblərini pozaraq, dəqiqləşdirilməmiş məlumat yayıblar.

"Neftçala RPŞ-nın rəisi bunula bağlı müvafiq hüquqi addımlar atacaq" - O.Mənsurzadə bildirib.

635x100

Şərhlər

Sonanin usaqlar 2018-05-25 14:45:17

Polise her zad olar...

pıs-pısa 2018-05-25 14:45:17

Elə danışırsınız ki, guya bu Şabandilov almayıb, Neftçaladakı Əfruz xala alasıydı o vətəgəni.

İlqar 2018-05-25 14:45:17

TALANŞI MƏMURLAR HIRISİ BİR NEÇÇƏ YOLLA MİLLƏTİ DÖVLƏTİ TALAN QARƏT EDİRLƏR.

Son yazılar